Keçid linkləri

Təcili xəbərlər

Viruslar Parkinson xəstəliyini sağalda bilər


İsveçin Stokolm şəhərində yerləşən Karolinska institutunun alimləri Parkinson xəstəliyinin yeni müalicə üsulu üzərində çalışırlar. Alimlər ilk təcrübəni siçanlar üzərində aparıblar. Mütəxəssislər siçanlarda dofamin neyronları məhv edilən beyinlərinə virus yeridiblər. Virusun dörd geni astrositləri (beynin qlial hüceyrələrini) yenidən proqramlaşıdırılıb.

Beş həftə sonra alimlər siçanların orqanizmində müsbətə doğru gedən dəyişikləri müşahidə ediblər. O cümlədən nəzarət qrupunda olanlarla müqayisədə, siçanların yerişi də yaxşıya doğru dəyişib. Hər hansı bir mənfi effekt qeydə alınmayıb.

İnsan hüceyrələri ilə aparılan təcrübədə də mütəxəssislər oxşar nəticələr əldə ediblər. Digər sözlərlə desək, yeni müalicə üsulu Parkinson xəstələrinə kömək edə bilər. Lakin alimlər yenə də təcrübələri davam etdirməyin vacib olduğunu da vurğulayırlar.

Parkinson xəstəliyindən əziyyət çəkən insanlarda neyromediator dofamin istehsal edən hüceyrələrin öldüyünə görə xəstələrin öz hərəkətlərini nəzarətdə saxlamaqları çox çətin olur. Merbional hüceyrələrin transplantasiyası perspektivli müalicə üsulu kimi görünür. Lakin bu üsulda müəyyən çatışmazlıqlar da var, məsələn, embrional hüceyrələrin qıtlığı və köçürülmədən sonrakı immundepressantların qəbulu. Bundan başqa, etik suallar da ortaya çıxır.

XS
SM
MD
LG