Keçid linkləri

Təcili xəbərlər

İdmanı acqarına etmək lazımdır


Acqarına idman edəndə insan daha çox piy əridirmiş. Bundan başqa, acqarına məşqlər maddələr mübadiəsini sürətləndirir. Bütün bunlar sağlamlığa müsbət təsir göstərir. Britaniyanın Bat Universitetinin əməkdaşları bu nəticəyə gəliblər. Onların araşdırmasında 60 artıq çəkili kişi iştirak edib. Tədqiqatın nəticələri "American Journal of Physiology-Endocrinology and Metabolism nəşrində dərc edilib.

Əvvəlcə təcrübədə iştirak edən könüllülər acqarına 60 dəqiqə yeriyiblər. Daha sonra isə onlar karbohidratla zəngin kalorili səhər yeməyi yeyəndən sonra iki saat gəziblər. Alimlər iştirakçılardan acqarına, yeməkdən sonra və idmandan bir saat sonra qan alıblar. Bundan başqa onlar idmandan əvvəl və bir saat sonra iştirakçıların piy toxumasından da nümunələr götürüblər. Mütəxəssislər piy hüceyrəsində genlərin ekspressiyasında fərqlər aşkar ediblər.

Məsələn, acqarına məşq edən adamlarda PDK4 və HSL genlərinin ekspressiyası artıb. Onlar yeməkdən sonra idman edəndə isə, əksinə, həmin genlərin ekspressiyası azalıb. PDK4 geninin ekspressiyasının artması onu göstərir ki, məşq zamanı bədən yanacaq qismində bir qədər öncə qəbul edilmiş qidanın tərkibindəki karbohidratlardan yox, yağlardan istifadə edir. HSL geninin ekspressiyasının səviyyəsi isə adətən piy toxuması fiziki aktivliyin yüksək səviyyəsini dəstəkləmək üçün enerji ehtiyatını istifadə edəndə yüksəlir. Alimlər belə bir nəticəyə gəliblər ki, acqarına məşq etmək insan üçün daha faydalıdır.

Bat Universitetindən Dylan Thompson deyir ki, yeməkdən sonra piy toxuması yeməyə reaksiya verməklə məşğul olduğuna görə, bu zaman edilən idmana çox reaksiya verə bilmir. Nəticədə yeməkdən sonra idman etmək bir o qədər də faydalı olmur. Bu isə o deməkdir ki, acqarına idman etmək uzunmüddətli perspektivdə sağlamlıq üçün çox faydalı ola bilər.

XS
SM
MD
LG