Dünən Rusiyalı şovinist, imperiya təfəkkürünə malik jurnalist Solovyovun Azərbaycan prezidetinti ilə 2 saatlıq görüşü haqqında dediklərini izlədim. Çox ciddi iddialar var, hələ ki, Solovyovun doğru danışıb-danışmadığını deyə bilmərəm, əgər prezident, və ya onun mətbuat xidməti təkzib verməsələr, deməli rus jurnalisti doğru danışır.
Solovyovun iddiaları:
1) Qarabağa "Arsax" deyir, iddia edir ki, prezidentə "Arsağa" dəfələrlə getdiyini açıq deyib, hətta sual da verib ki, Lapşini tutmusuz, bəs məni niyə tutmursunuz. Ciddi iddiadır, qanun hamı üçün birdir, amma Solovyov qanunu pozduğunu desə də, prezident ona heç nə cavab verməyib. Əgər cavab veribsə, indi bu məsələyə mətbuat xidməti aydınlıq gətirsin. Bundan başqa jurnalist "Bülbülov" işğalçı Ermənistanın zəbt etdiyi Qarabağ ətrafı rayonları "mübahisəli ərazilər" adlandırdığını da söylədi,
2) Solovyov iddia edir ki, prezidentin Qərbə, ABŞ-a münasibəti çox pisdir - buna aydınlıq gətirilməlidir. Müstəqillikdən üzü bəri ölkəyə gələn hər 10 dollar investisitanın 8 dolları Qərbdən gəlib, ixracatımızın 60%-ə yaxını Qərb ölkələrinədir, nəhayət, Qərb ölkələri bu hakimiyyətin ən böyük dəstəkçisidir - bəs o zaman prezidentin münasibəti niyə çox pisdir,
3) Solovyov iddia edir ki, prezident müxalifəti "saqqalı radikallar" adlandırıb - deməli, ölkədə sivil müxalifəti metodik məhv etməyin fəsadlarını anlayıb, əsas müxalifətin dini radikal qruplar olduğunu etirafmı edib,
4) Solovyov iddia edir ki, prezident Putinin Azərbaycanın maraqlarını heç vaxt satmayacığını deyib - məntiqlə Putin ölkəmizin maraqlarını tam alıb, eləmi? Çünki, əvvəl almalısan ki, sonra da satıb-satmamaq haqqında qərar verəsən. Bu məsələyə də aydınlıq gətirilməlidir.
Sonda: Solovyov kimdir ki, prezident onu qəbul edir?! Əgər bu müsahibə olsaydı, yenə anlayardım, Solovyov dedi ki, tanışlıq görüşü idi, çəkiliş, səs yazısı olmadı. Axı o kimdir ki, ən yüksək səviyyədə qəbul görsün?! Görün heç Putin ayrıca 2 saatını ayırıb, məsələn, jurnalust Turan İbrahimovu qəbul edərmi?!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.