Keçid linkləri

Təcili xəbərlər

Kolbasa-çörək asılılıq yaradır


Aparılan araşdırmalar onu göstərir ki, adətən asılılıq yaradan qidalar yağ və karbohidratlarla zəngin olan məhsullar olur. Ona görə daha çox şokolad, pitsa, dondurma və hamburgerlərdən asılılıq yaranır.

İlk dəfə belə bir asılılıq haqqında danışan riyaziyyatçı, biokimyaçı Yakov Marşak olub. “Bu haqda rus alimi Marşak yazıb, ona görə də bu yenilik Rusiya alimlərinə aiddir. Endorfin səviyyəsində olan narkotik asılılıq yağ və şəkərin birləşməsindən yaranır. Başqa sözlərlə desək, əgər insanın karbohidrat asılılığı varsa və ona bir yemək qaşığı şəkər təklif edirlərsə o, bundan heç bir zövq almayacaq. Ancaq əgər tərkibində yağ və karbohidrat olan istənilən məhsul (yağlı çörək, tort, tiramisu, hətta kolbasa ilə çörək belə) insana böyük bir zövq verir, bu artıq narkotik asılılığı kimi bir şeydir”, deyə dietoloq Aleksey Kovalkov bildirir.

Narkotik asılılığı araşdıran ABŞ Milli İnstitunun əməkdaşları da daha öncə qeyd etmişdilər ki, məhsullar ayrı-ayrılıqda müxtəlif asılılıqlar yaradırlar. Onların fikrincə, qidanın tərkibində əgər şirin və ya duzlu komponentlər varsa, insan asanlıqla ondan imtina edə bilməz. Bu da fastfud məmulatların cəzbini aydınlıqla üzə çıxarır.

XS
SM
MD
LG