Keçid linkləri

Təcili xəbərlər

Psixoloji tənbəllik, kütlə və fərqlilər

Adətən tənbəllik haqqında danışanda insanlar fiziki tənbəlliyi nəzərdə tuturlar: dərs oxumamağı, idmanla məşğul olmamağı, aktiv həyat tərzi sürməməyi. Düşünürəm ki, bu tənbəlliklər, cəmiyyətimizdə olan beyin tənbəlliyi ilə müqayisədə çox zəyif qalırlar.

Niyə bizim cəmiyyətdə hərkəs danışır, xüsusiyyətlə də tolerantlıqdan, anlayışlı olmaqdan, amma biri-birini eşidən yoxdur?

Niyə bizim cəmiyyətdə hərkəs danışır, xüsusiyyətlə də tolerantlıqdan, anlayışlı olmaqdan, amma biri-birini eşidən yoxdur?

Çünki dinləyirlər, amma eşitmirlər. Eşitmək üçün isə birinci növbədə beynin toparlanması, gərginliyi, sözləri eşidərək onların arasında məntiqli bağları qurmaq və analiz etmək lazımdır. Bu isə, beynin yorulmasıdır.

Danışan, müzakirə və mübahisə edən insanlara kənardan baxın. Biri danışırsa, digərinin üz ifadəsindən onu dinlədiyini görə bilməzsiniz – o, öz sırasını gözləyir ki, öz inandıqlarını və bir addım geri atmayacağı fikirlərini desin.

Oxumaq mövzusunda ən çox soruşulan sual budur: mənə elə bir kitab deyin ki, mən ordan liderliyi/marketinqi öyrənim. Dəfələrlə də başa salıram ki, heç bir mövzunu ANCAQ bir kitabdan öyrənmək olmur. İnsanın bilikli olması, ovucunda ləl-cəvahiratların olması kimidir. Hər kitabdan kiçik bir qızıl və ya brilliant parçası alacaq.

Xarici dil öyrənmək mövzusunda insanlar o müəlliməni axtarır ki, üç ayda öyrətsin. Diqqət edin. ÖYRƏTSİN. MƏN öyrənim deyil, O MƏNƏ ÖYRƏTSİN.

Xarici dil öyrənmək mövzusunda insanlar o müəlliməni axtarır ki, üç ayda öyrətsin. Diqqət edin. ÖYRƏTSİN. MƏN öyrənim deyil, O MƏNƏ ÖYRƏTSİN.

İnsanların, idarəçilərin, rəhbərlərin inkişafı? Aaaa, necə yəni? Elə bir şey mi olar? Adam rəhbərdir. Kresloya oturduğu anda həqiqətin son həddi ondadır. Artıq qarşı tərəfin fikirlərini dinləmək, anlamaq, düşünmək, yeni məlumatlar alaraq inkişaf etmək onun üçün deyil. O, artıq quru olmuşdur.

KÜTLƏ PSIXOLOGIYASI

Nədir beyin tənbəlliyi? İnsanın öz beynini yormaq istəmədən digərləri tərəfindən ortaya atılan fikirləri əsas tutaraq duruş sərgiləmək.

Düşünmək istəməyən, amma eyni anda fikir sahibi və ağıllı olduğunu göstərmək istəyən insanın ən rahat çıxış yolu, cəmiyyətdə mənşəyi və məntiqi bilinməyən düşüncələri qəbul etmək və onları ağzında köpüklə qorumaqdır.

Budur kütlə psixologiyası. Kütlədə olan insanlar isə üzsüzləşir.

İnsanın özünün fikri olması üçün düşünmək lazımdır. Düşünmək üçün oxumaq, bilik və məlumat alması lazımdır. Amma beyin tənbəlliyi var. Daha rahatı digərləri tərəfindən qəbul edilən populist fikirləri qəbul etmək deyil mi?

  • “Ali&Nino”da kitablar bahalıdır!! Vurun “Ali&Nino”nu. Və bunu deyənlərin neçəsinin ümumiyyətlə kitab oxumadığı çox da vacib deyil.
  • Oğlanla qızın metroda öpüşməsi? Təpikləyin binamusu. Bunu deyənlərin neçə nəfəri rüşvətxorlara qarşı eyni ehtirasla danışır və yazır?
  • Təhsil naziri ilə müsahibə altında “boş adamdır, işləmir, gic-gic danışır” deyənlərin əksəriyyəti müsahibəni sona qədər oxumayıb da.

Amma bu işin başqa tərəfi də var. Fərqli olanları əzmək lazımdır. Onlar, qaydaları sual altına alır, sorğulayır, razılaşmır.

Buna görə də mənə “cins şalvar geyinmək ayıbdır” deyən məndən daha yaşlı və gününü nərd oynamaqla keçirən birinə mən “niyə ayıbdır?” sualını verəndə özünə düşünmək kimi əziyyət verməyən kütlə məni tənqid edir ki, aaaa, sənə tərbiyə verməyiblər, özündən yaşda böyüklə dirəşirsən?

Uzun saç oğlanlar kişi deyil. Kişinin saçı uzun olmaz. Bunu deyənlərin neçəsi rüşvət almağa, işlədiyi şirkətdən oğurluq etməyə, “bacarana can qurban” prinsipinə kişilik kimi baxır?

Uzun saç oğlanlar kişi deyil. Kişinin saçı uzun olmaz. Bunu deyənlərin neçəsi rüşvət almağa, işlədiyi şirkətdən oğurluq etməyə, “bacarana can qurban” prinsipinə kişilik kimi baxır?

Kütlə kimi olmaq rahat və yüngüldür.

Unutmamaq lazımdır ki, ölkələri və cəmiyyətləri irəli aparan məhz elə fərqlilər olub. Amma fərqli olmaq asan deyil, onların həyatı çətindir, çünki kütlə onları qəbul etməyəcək, ələ salacaq, Ona görə də bizim ölkədə fərqli olanları sevmirlər.

Düşün. Fərqli ol. Güclü ol.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG