Keçid linkləri

Təcili xəbərlər

İsa peyğəmbərin nəslini tapmaq olacaqmı?


Oksford universitetinin alimləri Bolqarıstanda apardıqları qazıntılar nəticəsində aşkar etdikləri qədim daş plitələrin üzərində İsa peyğəmbərə aid DNT-nin olduğunu ehtimal edirlər.

Araşdırmada Oksford alimlərindən başqa, Co Bazil (Joe Basile) adlı keşiş də iştirak edir. İsa peyğəmbərin DNT axtarışı alimləri beş ölkəyə aparıb: İngiltərə, İyaliya, İspaniya, Bolqarıstan və İsrailə.

Arxeoloq Kazimir Popokonstantinov VI əsrdə tikilmiş kilsədə apardığı qazıntı işlərində içində kiçik yeşik olan bir daş plitəsi aşkar edib. Arxeoloq anlayıb ki, yeşikdə müqəddəs insanın qalıqları yerləşdirilib. Qazıntıları davam edən alim əvvəlkindən daha kiçik bir yeşik də aşkar edib. Yeşiyin üzərində isə “Tanrı səni qorusun, kölə Tomas” qeyd edilib.

Yeşiklərin içərisində İsanın şagirdi olan İoanna və onun kuzeninə aid 5 fraqment sümük olub, bu isə onların DNT-sinin eyni olduğu deməkdir. Əsas ümid isə plitələrin üzərində İsanın DNT-ni aşkar etməkdir, bu isə din və elm dünyasında böyük bir sıçrayışa səbəb olacaq.

Alimlər hələ ki, bu tapıntıya çox skeptik yanaşırlar. Çünki hazırda aşkar edilən qalıqların Xilaskara aid olduğunu sübut edən bir dəlil yoxdur. İoann və ya İsanın qohumlarının qalıqları müəyyən edilərkən nümunələri müqayisə edib onların qohumluq əlaqələrini də əsaslandırmaq mümkün olacaq. Hazırda yalnız tapılan sümüklərin 2000 yaşı olduğu müəyyənləşdirilib.

Ən son yazılan

XS
SM
MD
LG