Keçid linkləri

Təcili xəbərlər

Çətin keçən uşaqlığın müsbət tərəfləri də var


Uşaqlığı çətinliklə keçən insanların rahat böyüyən yaşıdlarından üstünlükləri var. Xüsusilə, bu insanlar həyatda yaxınlaşan sıxıntıları aşmaq üçün lazımi bacarıqlara sahibdirlər. Utah Universiteti tədqiqatçılarının yeni araşdırması bunu üzə çıxarıb.

Mütəxəssislər araşdırmaya qatılan uşaqlıqda travması olan şəxsləri incələyiblər. Məlum olub ki, bu insanlarda yaddaş daha güclüdür. Araşdırmalardan birində məlum olmuşdu ki, uşaqlar onlara mənfi təsir bağışlayan insanları, xoş təəsüratları olan şəxslərdən daha yaxşı xatırlayırlar.

Araşdırmaçılar bildirirlər ki, çətin şəraitdə böyümək stressli mühitlə baş etmək üçün bənzərsiz güclər, qabiliyyətlər verir.

Digər bir tədqiqatda üzə çıxmışdı ki, valideynləri aqressiv olan uşaqlar emosiyaları daha yaxşı tanıya bilirlər.

Tədqiqatçılar bildirirlər ki, bu idrak mexanizminin öyrənilməsi gələcəkdə məktəblərdə zəif bacarıqlı uşaqları inkişaf etdirmək üçün yeni üsullar hazırlanmasına kömək edə bilər.

Digər bir tərəfdən normalda məktəblər stressli uşaqlara xüsusi davranmağa, daha çox sərbəstlik verməyə çalışırlar. Ancaq, tədqiqatçılar vurğulayırlar ki, onlara bu cür yanaşma alışdıqları xaotik mühiti yaratmalarına səbəb ola bilər. Bu, onların gizlətdikləri gücü daha asan ortaya çıxarmalarına səbəb ola bilər.

XS
SM
MD
LG