Keçid linkləri

Təcili xəbərlər

Böyük Atatürk və Erdoğan


Əkrəm Həsənovun “Böyük Erdoğan, kiçik Atatürk” yazısını oxudum. Çox da təəssüfləndim. Yaxşı iqtisadi analizlər edən adamın syasi-kültürəl savadının bu qədər az olması kədərlidir. Amma yenə də bu yazıya cavab vermək lazımdır, deyə düşünürəm.

“Atatürk Türkiyə üçün nə edib?” sualına bir azdan cavab verəcəyəm, indi isə yazıdakı ardıcıllıqla məsələlərə münasibət bildirim.

Yazıda Atatürkün aşağılanmadığı iddia olunur, amma Atatürk barədə aşağılayıcı fikirlər səsləndirilir. “Atatürk Türkiyə üçün nə edib?” sualına bir azdan cavab verəcəyəm, indi isə yazıdakı ardıcıllıqla məsələlərə münasibət bildirim.

Yazıda Erdoğann demokratik yolla seçilməsindən danışılır və belə bir sual soruşulur: “Hansı anti-demokratiklikdən söhbət gedə bilər axı?!” Demokratiyanın nə olmasını bilən adam üçün bu sualı vermək ayıbdır. Amma görünür ki, Əkrəm bəy bunu bilmir, ona görə izah etmək lazımdır. Müasir demokratiya insan hüquq və azadlıqlarının təmin olunması vasitəsidir. Buna görə də demokratiya dəyərlər toplusundan ibarətdir. Bu dəyərləri həyata keçirməyin özünün də yolları, vasitələri var. Bu vasitələrdən biri də səsvermədir. Başqa yollar da var – QHT-lər, azad media, məhkəmələr, etiraz aksiyaları, dinləmələr, ictimai müzakirələr və s. və ia. Gördüyünüz kimi, Əkrəm bəy, seçki demokratiyanın həyata keçirilmə yollarından cəmi bir dənəsidir. Buna görə də demokratiya çoxluğun azlıq üzərində dominantlığı demək deyil, əksinə azlığı çoxluğun əzici gücündən müdafiə etmək, onu qorumaq, balanslaşdırmaq deməkdir. Seçki o qədər təhlükəli alətdir ki, hüquqi dövlətlərdə onun ziyanlı nəticələrinin qarşısını almaq üçün vətəndaş cəmiyyəti kimi nəhəng institut fəaliyyət göstərir.

47 min müxalifin, yüzlərlə jurnalistin həbsdə olduğu, on minlərlə adamın ölkədən siyasi səbəblərdən qaçdığı, bütün dövlət aparatının, mediasının prezidentin və onun fikirlərinin təbliğinə həsr edildiyi şəraitdə heç bir seçkidən söhbət gedə bilməz.

Seçki özü də yalnız səsvermədən ibarət deyil. Seçki səsverməyə qədərki şəraiti, təbliğat-təşviqatı, bərabər imkanların təminini, seçki zamanı bərabər, gizli, azad səsvermə üçün şəraitin yaradılmasını, səsvermədən sonra səslərin ədalətli, şəffaf hesablanmasını, seçkinin nəticələrinin düzgün tətbiq olunmasını, uduzan azlığın qalib çoxluq tərəfindən əzilməməsini və s.-ni nəzərdə tutan böyük prosesdir. 47 min müxalifin, yüzlərlə jurnalistin həbsdə olduğu, on minlərlə adamın ölkədən siyasi səbəblərdən qaçdığı, bütün dövlət aparatının, mediasının prezidentin və onun fikirlərinin təbliğinə həsr edildiyi, para-militar və nə etdiyini dərk etməyən dəstələrdən əks-fikirlilərə qarşı cəza vasitəsi kimi istifadə edildiyi şəraitdə heç bir seçkidən söhbət gedə bilməz. Möhürsüz bülletenlərin “legitim” sayılması barədə YSK-nun köləcəsinə elan etdiyi qərar azad seçkinin tərkib hissəsi sayıla bilməz.

Bir vasitədən sui-istifadə edib digərlərini məhv etmək isə demokratiya deyil. “Səs verin, məhkəmələrin, medianın müstəqilliyini ləğv edək, müxalifətçiləri tutaq, ölkədən qovaq, etiraz aksiyalarını qadağan edək” demək demokratiya deyil. Erdoğan seçilmişdi, seçiləndən sonra demokratiyanın digər tərkib hissələri üzərinə hücuma keçdi – hazırda Türkiyə dünyada ən çox jurnalist həbsdə olan ölkədir, jurnalistlər ya öldürülür, ya ölkədən qovulur, ya da tutulur (Hə, bir variant da var, satılır, yaltaqlanır, yəni jurnalist olmur). Vəkillər, hakimlər, prokurorlar həbs edilir – zərbənin hara dəydiyini hiss edirsiniz? – Hüquqa. Hüquqi dövlətdə hüquqa zərbə vurulmur.

Bu absurd Erdoğan siyasətinə də aiddir – “Səs verin ki, bir daha səs verə bilməyəsiniz və ya azad səs verə bilməyəsiniz.”

Hollandiyada müsəlmanların etiraz aksiyası zamanı bir nəfər “İfadə azadlığı cəhənnəm olsun” plakatı qaldırıb. Adamın əlində tutduğu plakat onun o plakatı əlində tutma hüququnun ləğvini tələb edir. Bu absurd Erdoğan siyasətinə də aiddir – “Səs verin ki, bir daha səs verə bilməyəsiniz və ya azad səs verə bilməyəsiniz.” Erdoğan seçkilərinin mahiyyəti bundan ibarətdir – eynilə Hitler kimi. “Hamı məni sevirsə, deməli, mən hər şey edə bilərəm, hətta məni sevənləri qırğına da göndərə bilərəm”. Ümumiyyətlə, Hitler tarixin ən uc örnəklərindən biridir. Almanlar Hitler uğrunda bir xalq olaraq məhv olub yer üzündən silinməyə hazır idilər. Amma bu, Hitleri haqlı duruma salmaz.

Çünki haqlılıq – legitimlilik yalnız kütlənin səslərindən qazanılmır. Müasir demokratiyada legitimlik insan hüquq və azadlıqlarına hörmətdən keçir. I Liviya vətəndaş müharibəsinin ilkin dönəmlərində - 2011-in mart-aprelində Qəddafi niyə qeyri-legitim adlandırıldı? Seçki keçirilib xalqın fikrini öyrəndilər? Yox, sadəcə mitinqə təyyarə ilə bomba atan adam legitim deyil, vəssalam. Eyni şey başqa diktatorlara da xasdır – ölkəsində medianı susduran, yüz minlərlə adamı siyasi motivlə işdən qovan, minlərlə siyasi məhbusu olan, jurnalisti həbsdən azad etmiş hakimlərə və prokurorlara cinayət işi açan, parlamenti oyuncağa çevirən adam legitim deyil.

Erdoğan legitim deyil, o, nə seçkidən, nə də demokratiyanın başqa vasitələrindən legitimlik ala bilib. O, öz “legitimliyini” sekulyarları, mədəni insanları, qərb meylli açıq beyinliləri didməyə hazır olan milyonlara tərəfdarından, o cümlədən ölkəyə məhz bu məqsədlə yerləşdirdiyi Suriya qaçqınlarından alır. Əgər sizə Erdoğanın hakimiyyəti əldə saxlamaq niyyəti maraqlıdırsa, onun ailəsi ilə birgə korrupsiyaya necə qurşanması barədə bu linkdən (http://turkiye.net/dosyalar/akp/recep-tayyip-ve-akpnin-yolsuzluklari/) və digər çoxsaylı mənbələrdən oxuya bilərsiniz. Yeri gəlmişkən, Erdoğanın Türkiyə iqtisadiyyatını inkişaf etdirdiyini deyirsiniz. Amma yəqin bilirsiniz ki, Erdoğan Turqut Özalın qurduğu iqtisadi bazis (dünya mətbuatında bəzən “Türkiyə möcüzəsi” adlandırılan fenomen) üzərində siyasətini apararaq, iqtisadi sahədə uğurlar əldə edib. Amma bu uğurların dayanıqsız olduğu son dövrlərdə baş verən iqtisadi kollapsdan aydın görünür. Əslində “Hayır” səsinin bu qədər çox olmasının səbəblərindən biri də Türkiyənin iqtisadi cəhətdən problemlərin içində çabalamasıdır.

Bəs bilirsinizmi ki, ABŞ-da “çəkindirmə və tarazlaşdırma” sistemi var? Parlament və Ali Məhkəmə prezidentə heç vaxt qeyri-məhdud hakimiyyət həyata keçirməyə imkan verimir.

Bundan başqa yazınızda, ABŞ-ı prezident respublikalarına nümunə çəkirsiniz. Bəs bilirsinizmi ki, ABŞ-da “çəkindirmə və tarazlaşdırma” sistemi var? Parlament və Ali Məhkəmə prezidentə heç vaxt qeyri-məhdud hakimiyyət həyata keçirməyə imkan verimir. Bundan başqa, ABŞ-ın unikal sistem olduğu çoxdan sübut olunub. ABŞ sistemini tətbiq edən bütün Latın Amerika ölkələri vətəndaş müharibələrindən, diktaturalardan, aclıqdan, səfalətdən keçib, keçir. Türkiyə ABŞ yox, məhz Latın Amerika diktaturalarından biri oldu. Güclü prezident güclü dövlət demək deyil, güclü dövlət hakimiyyət bölgüsünə riayət olunan, hökumətin səlahiyyətləri mümkün qədər minimum olan dövlətdir. Hökumətə verilən hər bir səlahiyyətin xammalı vətəndaşların hüquqlarıdır. Hökumətin, prezidentin nə qədər çox səlahiyyəti olarsa, vətəndaşların o qədər az hüquqları olur, çünki enerji yaranmır və itmir, insan hüquq və azadlıqlarından hökumət səlahiyyətlərinə çevrilir.

Parlament respublikalarını vassal adlandırırsınız. Biabırçılıqdır. Avropanın, demək olar, hamısı parlament idarəçiliyindədir. Fransada isə prezident idarəçiliyi deyil, yarım-prezidentlik adlandırılan sistemdir. De Qoll özü də sistemi prezident idarəçiliyinə çevirəndə uduzduğuna görə istefa verib.

Bir-iki kəlmə də Atatürkün nə etdiyi barədə. Sizin Atatürk barədə aşağılamalarınıza cavab vermədən sadəcə onun nə etdiyinə diqqət çəkəcəyəm...

Bir-iki kəlmə də Atatürkün nə etdiyi barədə. Sizin Atatürk barədə aşağılamalarınıza cavab vermədən sadəcə onun nə etdiyinə diqqət çəkəcəyəm. Atatürk Türkiyəyə demokratiyanı yox, modernizmi gətirib. Bəli, o, diktator idi, onun rejimi 1 partiyadan başqa bütün partiyalar qadağan olunduğuna görə totalitar idarəçilik idi. Amma görünür, siz modernizmlə demokratiyanı qarışdırmısınız. İngiltərədə 19-cu əsrin əvvəlində əhalinin 2-3%-inin səsvermə hüququ var idi, amma modernist dövlət idi. Atatürk Türkiyəni Şərqin qaranlığından çıxarıb Qərb ölkəsi etmişdi – cinslərin bərabərliyi, sekulyarizm, təhsil, mədəniyyət – budur Atatürkün əvəzedilməz uğurları. Uğursuz xilafət tərəfkeşliyiniz isə fiaskodur. Sekulyarizm hüquqi dövlətlərdə müzakirə mövzusu deyil, təməl dəyərlərdən biridir. Türkiyənin onsuz da – Atatürksüz də müstəqil olacağını deyirsiniz. Hansı məntiqlə? Ərəb dövlətləri müstəqil oldular o zaman? Onlar 1960-larda müstəqilləşdilər – dünya müstəmləkə sistemi dağılanda və dönüb Suriya, Liviya, Səudiyyə, Yəmən oldular. Siz heç fərq görmürsünüz? Səudiyyə Ərəbistanında hələ də qadınların icazəsiz ölkədən çıxması qadağandır. Hiss edirsiniz, Atatürk Türkiyə üçün nələr edib?

Atatürkün özündən sonra qeyri-sabit siyasi rejim qoyub getdiyini deyirsiniz. Amma Atatürk avtoritar hakimiyyəti başqa hərbçi avtoritara qoyub getdi. Türkiyə Atatürkün ölümündən 14 il sonra demokratik olub, düz 22 il sonra isə ilk hökumət böhranını yaşayıb – darbe baş verib. Hazırda Erdoğanın avtoritarlığını, gücün bir nəfərin əlində toplanmasını sabitlik adlandırırsınız. Amma görməzlikdən gəlirsiniz ki, Atatürkün əlində Erdoğandan qat-qat çox hakimiyyət var idi, elə İnönünün də. Əgər gücün bir əldə toplanması əladırsa, siz Atatürkün fanatı olmalısınız. Türkiyədə seçkilər, qeyri-sabitlik adlandırdığınız demokratik hökumət böhranları Türkiyə NATO-ya üzv olanda üzərinə demokratikləşmə öhdəliyi götürəndən sonra baş verib. İlk demokratik yolla seçilmiş prezident Menderes olub, Erdoğan kimi dini rejimə can atan və nəticədə asılan biri.

Atatürkün Türkiyəyə qoyub getdiyi ən unikal xüsusiyyət isə ordunun demokratiyanı qeyri-demokratik yolla qoruması funksiyasıdır. O ordu ki, Erdoğan onu və onun bu funksiyasını məhv edir.

Atatürkün Türkiyəyə qoyub getdiyi ən unikal xüsusiyyət isə ordunun demokratiyanı qeyri-demokratik yolla qoruması funksiyasıdır. O ordu ki, Erdoğan onu və onun bu funksiyasını məhv edir. Siz bunu “ordunun Avropalaşması” adlandırırsınız, amma Türkiyənin yeganə müsəlman demokratiyası olaraq hansı özünəməxsus xüsusiyətlərə sahib olmasından xəbərsizsiniz. Son olaraq, sizin yazınız heç bir tarixi, elmi biliyə əsaslanmır, yanlış informasiya verir (elə ona görə cavab yazmaq qərarına gəldim), aydın məsələdir ki, sizin dini inancınıza dayaqlanır. Siz Erdoğanın insan hüquq və azadlıqlarını pozmasını selektiv olaraq görməzdən gəlirsiniz. Erdoğana olan inancınıza “sərf etmədiyinə” görə fikirlərinizi ifadə edərkən, bu faktları ələyirsiniz. O məntiqlə Azərbaycan daxil olmaqla heç bir despotik rejimdə səhv tapmamaq mümkündür – sadəcə niyyətə bağlı olaraq problemləri ələmək lazımdır.

Sizin yazı informasiya vermir, inanc təbliğ edir, insanları hadisələrə bir borudan baxmağa dəvət edir. Ona görə də borudan kənar baxanları damğalayıb “xarici qara qüvvələrə işləyənlər”, “islamafob” adlandırırsınız. Bu, problemin həlli deyil, faktları təhrif etmək, insanların informasiyasızlığından sui-istifadə etmək lazım deyil.

P.S. Yazını yazmağımda göstərdiyi köməyə görə Emin Aslana təşəkür edirəm.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG