Keçid linkləri

Təcili xəbərlər

Kosmosda mehmanxanalar


Yaxın gələcəkdə doğmalarınız və yaxınlarınızdan, yer səs-küyündən bir neçə gün uzağa gedib dinlənməniz kosmik mehmanxanalar tərəfindən təmin olunacaq. Mehmanxananı hazırda mövcud olan kosmik stansiyanın alternativi kimi orbitə buraxmaq istəyirlər. Layihə ilə Orbital Technologies şirkəti məşğul olur. Mehmanxana isə Commercial Space Station adı altında olacaq. 7 nəfərə qədər sərnişin sakit səssizlik, çəkisizlik şəraitində kosmik mənzərəni zövqlə seyr edə biləcək. Sərnişinlər üçün 4 kabin nəzərdə tutulub.

Sakinləri qeyri-adi mehmanxanaya Rusiya raketi “Soyuz” aparıb və Yerə geri qaytaracaq. Mehmanxanada qonaqlar üçün bütün şərait yaradılacaq:

- Televizor

- İnternet

- Ayrıca kabinlər

- Balanslaşdırılmış qida

Sadalananların hamısı Yerdəki kimi eyni olmayacaq.

Məsələn, duş və adi anlamda olan yuyunmaq proseduru olmayacaq. Bu proseduralar üçün nəm salfetlər olacaq. Yeməklər isə Yerdə xüsusi hazırlanmış şəkildə olacaq (sublimasiya üsulu ilə qurutma), su və hava isə – filtrasiya prosesindən sonra təkrar istifadə ediləcək. Turistlər üçün “gecələmə”nin bir neçə variantı təklif ediləcək: sıfır qravitasiyanın yaratdığı və adətən atronavtların yatdığı kimi şaquli şəkildə və ya ənənəvi – horizontal.

Kosmik stansiya artıq tikilir, ilk orbitdə istirahət günü də artıq elə də uzaqda deyil. Orbital Technologies şirkəti artıq layihənin üzərində çalışır. Şirkət həmçinin orbitə gediş-gəliş günləri xaric, 5 günlük istirahətin qiymətini də artıq elan edib – bir milyon dollar. Hazırlaşın!

Ən son yazılan

XS
SM
MD
LG