Keçid linkləri

Təcili xəbərlər

Apple da avtomobil bazarına girmək istəyir


Apple şirkəti özü idarə olunan avtomobil istehsal edəcək. İstehlakçıların gözləntilərinə baxmayaraq, Apple yeni buraxacağı avtomobili real şəraitdə sınaqdan keçirməyəcək. Bunun əvəzində Amerikanın hayveylərində (autobanlarında) modernlıəşdirilmiş və avtopilot sistemləri ilə təchiz edilmiş Lexus RX450h-lər peyda olacaq. Kaliforniya ştatının Avtomobil Nəqliyyatı İdarəsindəki mənbə "Financial Times" qəzetinə belə deyib.

Mənbənin sözlərinə görə, Apple yalnız 3 avtomobilin sınaqdan keçirilməsi üçün icazə alıb. Bu avtomobillərin ştatdan kənara çıxması qadağandır. Maşınların özünü idarə qabiliyyətinin olmasına baxmayaraq, onların hər birinə iki sürücü təhkim edilib. Plandan kənar vəziyyətlərin baş verəcəyi təqdirdə Sürücülər maşının idarəsini öz üzərlərinə götürməlidirlər.

Apple-ın öz avtopilot sistemini kənar istehsalçıların avtomobillərində sınaqadan keçirmək niyyətinin səbəbi aydındır. Şirkətin mühəndisləri hələlik özlərinin elektrokarlarının işlək prototipini hazırlamayıblar.

Avtomobillərin ştatın küçələrinə çıxarılması üçün icazəni alana qədər Apple yalnız qapalı sınaqlar həyata keçirib. Bütün sınaqlar şirkətin Sanniveyl şəhərciyindəki gizli mənzil qərargahında baş tutub. Sınaqların keçirilməsi 2016-cı ilin qışında, yaxınlıqdakı ərazilərin sakinlərinin avtomobil mühərriklərinin güclü səsindən şikayət etməsindən sonra məlum olub. Sakinlər bu səsin şirkətin qərargahı yerləşən ərazidən gəldiyini bildiriblər.

İcazənin verilməsi isə cümə günü ştatın Avtomobil Nəqliyyatı İdarəsinin saytında göstərilib. Saytda Kaliforniya ştatında sınaq keçirməyə icazəsi olan şirkətlərin siyahısı yerləşdirilib. Onların arasında Apple-ın da adı var.

Pilotsuz idarə olunan avtomobil bazarına daxil olmaqla Apple Uber, Alphabet və Tesla kimi şirkətlərin rəqibinə çevrilmiş olur.

Apple iki ildən çoxdur ki, avtomobil istehsalına dair gizli araşdırma aparır. Ancaq hələ də məhsulun şirkətin laboratoriyalarından nə zaman çıxacağı məlum deyil.

Ötən il şirkət özünün elektriklə işləyən maşınlarını istehsal etmək fikrindən yan keçərək özü-özünü idarə edən maşınlar üçün avtonom sistemlər üzərində işini bərpa edib. Bu qərar şirkətin veteranı Bob Mansfeldin layihənin yeni rəhbəri təyin edilməsindən sonra verilib.

Apple nəqliyyatdan tutmuş səhiyyəyə qədər bir çox sahəyə daxil olmaqdadır. Bütün hallarda o, adəti üzrə məhsulun hazırlanması mərhələsində maksimum gizliliyi saxlamağa üstünlük verir.

Şirkətin Kaloforniya Avtomobil İdarəsi ilə danışıqlar apardığı artıq 2015-ci ilin sentyabrında məlum idi. Bir neçə ay ərzində şirkətin Kupertinodakı qərargahı yaxınlığında kamera və sensorlarla təchiz edilmiş avtomobillər göründü.

Silikon Vadisinin özü-özünü idarə edən avtomobil texnologiyaları sahəsində artıq çox iştirakçı var. Ancaq hələlik heç bir istehsalçının məhsulu kommersiya məcrasına keçərək ABŞ yollarına çıxarılmır. Apple Kaliforniyada sınaqlar üçün icazə almış 30-cu şirkətdir. Siyahıda Volkswagen, Ford və General Motors kimi avtomobil şirkətlərinin, Delphi və Bosch kimi istehsalçıların, habelə Zoox, Drive.ai və Plus.ai kimi startapların adları var.

Apple-ın özü özünü idarə edən avtomobil bazarına daxil olmaq niyyəti çoxdan məlum olsa da, şirkət bu niyyətinin detallarını müzakirə etmirdi.

Digər şirkətlər kimi Apple da özü özünü idarə edən avtomobillərin tıxacları seyrəldəcəyinə və hər il yol qəzalarında itirilən milyonlarla həyatı xilas edəcəyinə inanır.

Özü özünü idarə edən avtomobillər həm də yeni yüksək gəlirli sahə deməkdir. Apple uzun zamandır ki, onu telefon, planşet və kompüter bazarından kənara çıxara biləcək sahələri araşdırır.

iPhone-un populyarlaşması Apple-ın dünyanın ən bahalı şirkətinə çevrilməsinə yol açsa da, şirkət bazara iPad-in depüt etdiyi 2010-cu ildən bəri heç bir inqilabi məhsul çıxarmayıb. Yeri gəlmişkən, üç ildir ki, iPad-in satışında azalma müşahidə olunmaqdadır.

Hətta Apple-ın 2011-ci ildə şirkətin yaradıcısı Steve Jobsun ölümündən sonra bazarda trend yaratmaq qabiliyyətini itirdiyini deyənlər də var.

Ən son yazılan

XS
SM
MD
LG