Danimarkalı alimlər süni vitamin və digər sintetik əlavələri qəbul etməməyi tövsiyyə edirlər. Mütəxəssislərin sözlərinə görə, bu həblərdən faydalı xüsusiyyətlər deyil, təhlükəli sintetik komponentlər orqanizmə daxil olur. Onlar qusma riskini artırır, mədə xorasına və erkən ölümə səbəb olurlar.
Mütəxəssislərin araşdırmalarına görə, mütəmadi şəkildə süni A, C və E vitanimləri qəbul edən insanlar onları qəbul etməyənlərlə müqayisədə daha erkən ölürlər. Alimlərin sözlərinə görə, vitaminlərin əsas mənbəyi meyvə və tərəvəzlərdir. Onların zülal strukturu daha faydalı birləşmələrin assimiliyasiyasına səbəb olur.
Daha öncə isə Kolorado universitetinin əməkdaşları müəyyən ediblər ki, beta-karotinin çoxlu sayda qəbulu ağciyərdə xərçəng riskini 20 faizədək artırır. A və E vitaminləri erkən ölüm riskini artırır. C vitamininin həddən artıq çox qəbulu isə ürək-damar sistemində problemləri 34 faizədək artırır. Mütəxəssislərə görə, vitaminləri ancaq həkim təyinatı ilə qəbul etmək lazımdır.