Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanın Türkiyədən fərqi


Ötən bazar günü Türkiyədə yeni konstitusiya referendumu keçirildi və... gözlənilən oldu.

Ədalətsiz, qeyri-bərabər təbliğat kampaniyasına və səsvermənin şəffaflığına kölgə salan bütün məqamları bir kənara qoyaq. Fakt budur ki, seçki sandıqlarından Türkiyəni çağın gerisinə atacaq sonuc çıxdı.

25 milyon seçici təkadamlığa “hə” dedi.

Bir daha yazaq: gözlənilən idi!

Hakim AKP-nin dinçi ritorikasını, Osmanlı üslubunu sevən böyük bir kütlənin var olduğu yerdə başqa cür sonuc gözləmək aşırı sadəlöhvlükdən başqa bir şey deyildi.

Hakim AKP-nin dinçi ritorikasını, Osmanlı üslubunu sevən böyük bir kütlənin var olduğu yerdə başqa cür sonuc gözləmək aşırı sadəlöhvlükdən başqa bir şey deyildi.

Gözlənilməz olan tək şey varsa, o da təklif edilən yeni konstitusiyaya “yox” deyənlərin də çoxluğudur. Şəxsən mən çox təəccübləndim.

“Yox” deyənlərin çox olması heç nəyi dəyişmir: gerçəklik budur ki, Türkiyə təkadamlığa doğru iri, iti, qəti bir addım atdı.

“Yox” deyənlər sadəcə, ölkələrinin çağdaş, mədəni gələcəyinə ümidi qorudular, vəssalam!

Bundan sonra yazacaqlarım isə çoxunuzda “müəllifin ağlı qaçıb” reaksiyası oyada bilər. Ancaq lütfən, buna tələsməyin və sonadək oxuyun.

Azərbaycan türk və islam coğrafiyasındakı ölkələr arasında demokratikləşmə, modernləşmə ehtimalı ən yüksək olan ölkədir. O cümlədən Türkiyədən də!

Gülməyin.

Azərbaycan türk və islam coğrafiyasındakı ölkələr arasında demokratikləşmə, modernləşmə ehtimalı ən yüksək olan ölkədir. O cümlədən Türkiyədən də! Gülməyin.

Hazırki şərtlərdə Türkiyədə siyasi mübarizə resursları daha böyük görünür. Hər nə qədər həbsdəki qəzetçilərin sayına görə dünyada “lider” ölkələrdən olsa da, müxalif media resursları bizimlə müqayisədə qat-qat çoxdur.

Siyasi müxalifət güclüdür.

Müxalif partiyalar bizdən fərqli olaraq, əzəmətli ofislərdə yerləşir, parlamentdə təmsil olunurlar.

Yerli özünüidarəetmə orqanlarında böyük paya sahibdirlər.

Müxalifət liderlərinin xarici pasportları da var, Türkiyənin “Lənkəran”larına rahat gedib-gəlmək, xalqla görüşmək imkanları da.

Yenə bizdən fərqli olaraq, bütün çatışmazlıqları ilə birlikdə, xalqın iradəsi seçki sonuclarında ifadə oluna bilir.

Məhkəmələr bizdəkilərə görə, daha azaddırlar, ədalətli, hakim iradədən kənarda, yalnız hüquqa söykənən qərarlar verə bilirlər.

Təkcə bu sadalananlardan sonra Azərbaycanın demokratikləşmə, modern, mədəni dünya ölkəsi olmaq ehtimalını Türkiyədən yüksək görmək həqiqətən gülməlidir.

Ancaq siz gülməyin.

Bir az da dözün, niyəsini yazacam.

Türkiyədə toplumsal şüur böyük ölçüdə layiq (dünyəvi), bəşəri ideallarla süslənmiş Cümhuriyyət dəyərlərini, Atatürk ideallarını mənimsəməmişdi, odur ki, elə ilk fürsətdəcə onun Osmanlı sultanlarına özləmi, şəriət duyğuları dışa vurdu.

Son 20 ildə, hətta daha öncədən - 1990-cı illərdən başlayaraq yaşananlar göstərdi ki, Türkiyədə toplumsal şüur böyük ölçüdə layiq (dünyəvi), bəşəri ideallarla süslənmiş Cümhuriyyət dəyərlərini, Atatürk ideallarını mənimsəməmişdi, odur ki, elə ilk fürsətdəcə onun Osmanlı sultanlarına özləmi, şəriət duyğuları dışa vurdu.

Təriqətçilik – camaatçılıq düşüncəsi coşduqca coşdu.

Fətullah Gülənlər, Adnan Oktarlar, Cübbeli Ahmet hocalar Türkiyənin simasını, vitrinini təşkil etməyə başladı.

Din insanların məhrəm hissi olmaqdan çıxdı, hakim siyasi ritorikaya çevrildi. Küçələrə, meydanlara daşdı.

Cümhuriyyət övladları “Osmanlı torunları”na, Atatürk Abdulhamidə tərcih edildi.

Səbəb?

Səbəb sadədir: Türkiyənin çağdaşlıq mirasının güclü, zəngin olmaması!

Osa Azərbaycan xeyli fərqlidir.

Ən azı 150 illik bir aydınlanma hərəkatına, Mirzə Fətəli Axundzadə öndərliyində böyük bir mədəni-mənəvi irsə sahibdir.

Bu elə bir irsdir ki, onun tay-bərabərinə digər türk-müsəlman ölkələrində rastlamaq mümkün deyil.

Əlbəttə, bizdə də məsələn, şəriətçi, modern dəyişimə, irəligörüşlülüyə qıcıq olan qruplar var. Amma o da var ki, bunların toplumdan həlledici dəstək görməsi müşkül, hətta mümkünsüzdür.

Əlbəttə, bizdə də məsələn, şəriətçi, modern dəyişimə, irəligörüşlülüyə qıcıq olan qruplar var.

Amma o da var ki, bunların toplumdan həlledici dəstək görməsi müşkül, hətta mümkünsüzdür.

Hər şeyə rəğmən alt şüurumuzda özünə yer etmiş maarifçi irs bizdən xəbərsiz siyasi, ictimai və mədəni immunitet rolu oynamaqdadır.

Cəmiyyət olaraq, problemlərimiz əlbəttə, çoxdur.

Amma bunu həll etmək potensialımız da çoxdur.

Türk-müsəlman Şərqinin elmdən ədəbiyyata, musiqidən teatra, ictimai həyatdan siyasətə bir çox ilklərinə imza atmağımız da bunun isbatıdır.

Bu torpaqlarda nə Axundov təsadüfən yetişib, nə Mirzə Cəlil nadir hadisədir.

Nə Üzeyir bəy göydən düşüb, nə Rəsulzadə istisnadır.

Nə 1918-ci ildə Cümhuriyyət havadan qurulub, nə Şərqin ilk operası boşunadır.

Bir sözlə, son 150-200 ildə yetişən, adları saymaqla bitməyən aydın, çağdaş insanlarımız Azərbaycanın mənəvi gücündən xəbər verir.

Və onun türk-müsəlman coğrafiyasında demokratiyanı gerçəkdən mənimsəmək, bərqərar etmək iqtidarında olduğunu göstərir!

Bu nə vaxt baş verəcək, bilmirəm.

Amma mütləq baş verəcək.

Məndən bu qədər.

Yox, əgər Azərbaycanın türk-müsəlman torpaqlarında qalıcı şəkildə, toplum tərəfindən dərk və qəbul edilmiş formada, həqiqi mənada, demokratik, gəlişmiş, çağdaş bir dünya ölkəsi olmaq ehtimalının ən yüksək olması fikri sizə hələ də gülməli gəlirsə, artıq gülə bilərsiniz.

Belə lap qəşş edərək!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG