Keçid linkləri

Təcili xəbərlər

Apple üç proqramı hər kəsə pulsuz etdi


Apple şirkəti iMovie, GarageBande, iWork proqramlarını artıq bütün istifadəçilər üçün pulsuz etdi.

Bu proqramlar son bir neçə ildə yalnız iOS, MacOS cihazları satın alanlar üçün pulsuz idi.

Köhnə cihazlar işlədənlər isə GarageBande üçün 9.99 dollar, hər iWork proqramı üçün 19.99 dollara qədər ödəniş etməliydilər.

iWork özündə Microsoft Office, Google Docs-da olduğu kimi bir neçə ofis proqramını birləşdirir. Buraya Pages, Keynote, Numbers (Word, PowerPoint, Excel-ə bənzər) daxildir. Sənədlərə iCloud vasitəsilə asanlıqla bütün Apple cihazlarından çatmaq olar.

GarageBand bir musiqi proqramıdır. Proqramla nortları bilmədən belə müxtəlif alətlərdə ritmi tutaraq ifalar etmək, yadda saxlamaq olar.

iMovie ilə isə müxtəlif fotolardan, videolardan faydalanıb filmlər, kliplər hazırlamaq olar.

Apple 2013-cü ildən bu yana Mac və iOS cihazları alanlara bu proqramları pulsuz təqdim edir. İndi isə köhnə cihaz sahibləri də həmin proqramları pulsuz yükləyə bilərlər.

Ən son yazılan

XS
SM
MD
LG