Keçid linkləri

Təcili xəbərlər

İnsan üçün daxili orqanları donuzlarda yetişdirəcəklər


Smithfield Foods kənd təsərrüfat şirkətinin nümayəndələri insanlara transplantasiya edilə biləcək orqanları yetişdirmək üçün donuzlardan istifadə etməyi planlaşdırırlar.

Heyvanların ağciyərləri və ürəkləri insan orqanizminə daha uyğun gəlsin deyə mütəxəssislər donuzların DNT-sinə bəzi dəyişikliklər də edirlər. Qeyd edilən məqsəddən əlavə, bu üsul həmçinin bioloji tullantıların sayını da azaltmış olacaq.

Qalıq tullantı materiallardan isə hipoterioz və mədə pozğunluğundan müalicədə istifadə olunan dərmanların inqredientlərində istifadə edilir.

Şirkət ABŞ-da ən böyük donuz əti istehsalçılarındandır. Smithfield artıq hər il kəsdiyi 16 milyon donuzdan tibb məqsədlərində istifadə edilcək materialları toplamağa başlayıb. Şirkət ölkədə fermaların 51 faizinə sahibdir və ümid edir ki, bundan sonra toplanan materialları birbaşa səhiyyə təşkilatlarına və mütəxəssislərə satacaq. İndiyədək adətən təşkilatlar bu materialları üçüncü şəxslərdən alırdılar.

Donuzlardan götürülən orqanların insan orqanizminə köçürülməsində yeganə problem bu heyvanların müəyyən viruslara qarşı həssas olmalarıdır. Transplantasiyanın uğurlu keçməsi üçün mövcud DNT-nin fəallığını bloklamaq lazımdır.

Birləşmiş Orqan Paylaşım Şəbəkəsinin hesablamalarına görə, gün ərzində orta hesabla 22 nəfər transplant gözləyərək vəfat edir.

XS
SM
MD
LG