Keçid linkləri

Təcili xəbərlər

Hərənin öz iqtisadi “konsepsiyası”


TURİSTLƏRDƏN DOLLAR QOPARMAQ ÜÇÜN...

Çox məsələlər ölkənin siyasi modelindən asılıdır. Bu baxımdan hökumətin fəaliyyəti və yaxud da ölkədə aparılan iqtisadi siyasət açıq olmadıqda yalnız təxminlərə və gümanlara meydan qalır, konkret bir söz demək, real qiymətləndirmə aparmaq çətinləşir.

...təəccüblü deyil ki, yanvardan manat sərbəstləşdirilsə də hələ də iqtisadçılar arasında bir sual çək-çevir edilməkdədir...

Bu mənada heç də təəccüblü deyil ki, yanvardan manat sərbəstləşdirilsə də hələ də iqtisadçılar arasında bir sual çək-çevir edilməkdədir: görən, manat tam sərbəstdir, yoxsa onun kusru ilə bağlı müdaxilə və tənzimləmələr hələ də davam edir?

Təbii ki, biz peşəkar iqtisadçıların sferasına müdaxilə edə bilmərik, çünki bir az əvvəldə səsləndirdiyim sual daha dəqiq məlumatlar və ya peşəkar biliklər tələb edir.

Amma mən də belə güman edirəm ki, tamamilə sərbəst məzənnəyə keçilsəydi manatın kursu indikindən ən azı bir azacıq fərqli olardı. Üstəlik, müəyyən şübhələrə qapılmaq üçün təkcə bu da yeganə səbəb deyildir. Hazırda dollar ucuzlaşmaqda davam edir. Hətta bunu da qısamüddətli proseslərlə, neftin qiymətindəki rəqslərlə əlaqələndirmək olardı. Gəl ki, bu prosesin də bir özəlliyi var. Təsəvvür edin, dollar ucuzlaşır, amma eyni zamanda qiymətlər artmaqda davam edir, əgər dollar artıb-azalırsa, qiymətlər yalnız bir tendensiya bilir – onlar yalnız və yalnız artırlar...

...Yada salsaq ki, qarşıdan növbəti idman oyunları – İslam Həmrəyliyi oyunları gəlir, o halda bəzi təxminlər etmək olar.

Niyə belə olur? Bunu nə ilə izah etmək olar? Yada salsaq ki, qarşıdan növbəti idman oyunları – İslam Həmrəyliyi oyunları gəlir, o halda bəzi təxminlər etmək olar.

İdman oyunları zamanı ölkəyə xeyli turistin gələcəyi gözlənir. Onların böyük qismi isə dollarla gələcək. Dollar da ona görə ucuzlaşdırılır ki, bu prosesdən daha çox fayda götürmək, necə deyərlər, əcnəbilərdən daha çox dollar “qoparmaq” mümkün olsun. Bəli, onlar daha çox manat almaq məcburiyyətində qalacaq və aldıqları manatları da baha qiymətə müxtəlif mallara və xidmətlərə xərcləyəcəklər.

Böyük ehtimalla dolların başındakı “oyun” bununla bağlıdır. Elə onun yaya qədər ucuzlaşacağını iddia edənlər də bunu nəzərdə tuturlar. Gəl, məni prosesin daxili aspektləri daha çox düşündürür. Daha çox “soyulan” böyük ehtimalla yerli insanlar olacaq...

LAP DƏDƏ-BABA ÜSULU İLƏ

Amma nə etmək olar? Necə deyərlər, suda boğulanların xilası boğulanların öz əlindədir. İnsanlar hər hansı irad, etiraz və yaxud da tələb nümayiş etdirmirlər.

Hamı artıq bir neçə ildir davam edən böhrandan yerli qaydada, “dədə-baba üsulu” ilə, mentalitetə uyğun və individual şəkildə çıxmaq istəyir.

Böhrandan çıxmaq, onun fəsadlarını dəf etmək üçün hərənin öz “konsepsiyası” var. Bu hesabla hazırda ölkədə ən azı iki milyon “iqtisadi konsepsiya” mövcuddur.

Böhrandan çıxmaq, onun fəsadlarını dəf etmək üçün hərənin öz “konsepsiyası” var. Bu hesabla hazırda ölkədə ən azı iki milyon “iqtisadi konsepsiya” mövcuddur.

Hamı özünü başqalarından və xüsusən də başqaları üçün danışmağı peşə edənlərdən–müxalifətçilərdən və ekspertlərdən daha ağıllı hesab edir. Olsun. Əslində normal halda belə kreativliyiz alqışlamaq olardı. Amma ki, bunu edə bilmirik, çünki bütün bu “konsepsiya”ları bir neçə ümumi cəhət və yaxud da ümumi prinsip birləşdirir – fırıldaq, əyrilik və aldatmaq!

Buna görə də zəncirvari proses yaranır – bizim hər birimiz böhrandan çıxmaq üçün individual cəhdlər etdikcə onu daha da dərinləşdiririk...

BARON MÜNHAUZEN KİMİ...

O gün maraqlandım, müxalifətin aksiyasına beş-üç adam gəlmişdi. Demirəm ki, müxalifətin asksiyalarına qatılmaqla problemləri həll edib bir tərəfə çıxa bilərik.

Heç kimdən inciməyək, heç kimdən küsməyək. Bir də düşünməyək ki, biz bundan daha yaxşı aqibətə layiqik. Yox, biz özümüz necəyiksə bizi əhatə edən sosial-siyasi gerçəklik də odur...

Heç kimdən inciməyək, heç kimdən küsməyək. Bir də düşünməyək ki, biz bundan daha yaxşı aqibətə layiqik. Yox, biz özümüz necəyiksə bizi əhatə edən sosial-siyasi gerçəklik də odur...

Bizim böhrandan çıxmaq cəhdlərimiz baron Münhauzenin öz saçlarından yapışaraq özünü bataqlıqdan dartıb çıxmasına oxşayır. Elə özümüz də daha çox Münhauzenə bənzəyirik. Amma yox, öz gopçularımız da var axı! Onları qoyub baronlardan və münhauzenlərdən niyə yapışaq? Özümüzə nə gəlib? Yalan danışmaqda istənilən adama lap “doqquz” gələrik...

Bəlkə elə buna görə də bu yalan dəryasında özümüzü lap “suda balıq kimi” hiss edirik. Heç nə bizə təəccüblü görünmür – nə illərlə hökumətin bizə söylədiyi yalanlar, nə də bizim özümüzün doğruçuluq və dürüstlük haqda danışdığımız qaravəllilər. Necə deyər, su axar, çüxurunu tapar və biz də sözün əsl mənasında öz “çuxur”umuzu tapmışıq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG