Keçid linkləri

Təcili xəbərlər

Facebook-dan düşüncə gücü ilə yazılan mətn


Mütəxəssislər üçün keçirilən konfransda Facebook sosial şəbəkəsinin təmsilçiləri çıxışlarında qeyd ediblər ki, hazırda düşüncə gücü ilə mətn yazmağa imkan yaradan interfeys üzərində çalışırlar.

Building 8 eskperimental laboratoriyasının rəhbəri Regina Duqan (Regina Dugan) isə iflic xəstənin klavişlər olmadan, implant vasitəsilə bir dəqiqədə 8 söz yığdığını göstərən bir video təqdim edib. Duqanın sözlərinə görə, yarım il öncə üzərində işlənməyə başlanan Facebook interfeysi implantsız keçinməyə və bir dəqiqədə 100 sözün yazılmasına (smartfonun ekran klaviaturasından 5 dəfə daha sürətli) imkan yaradacaq.

TechCrunch-in verdiyi məlumata görə, layihə üzərində bir sıra universitetlərin (UC San Francisco, UC Berkeley, Johns Hopkins Medicine, Johns Hopkins University’s Applied Physics Laboratory and Washington University School of Medicine in St. Louis) nümayəndələri iştirak edir. Layihənin məqsədi insan dərisi ilə təmasda olmadan insanın fikrində olan bütün sözləri ayırd etmək deyil, insanın paylaşmaq istədiyi sözləri yazan bir cihazın yaradılmasıdır. Cihazın hazır olacağı tarix haqqında hələ ki, heç bir məlumat verilmir.

Konfransdakı çıxışında Duqan daha bir cihazdan da bəhs edib. Bu perspektivli texnologiya isə müəlliflərin fikrincə, digər insanın danışığını dərisi ilə dinləməyə imkan yaradacaq. Facebook laboratoriyası artıq cihaz və proqram təminatı prototipləri üzərində işləyir. Cihaz insan dərisinin qulaq kimi səs vibrasiyalarını qəbul etməyə və birbaşa beyinə ötürməyə imkan yaradacaq. Nümayiş etdirilən sistem prototipi 16 tezliyə kökləndirilmiş aktuator dəstindən ibarətdir ki, o da ələ bərkidilir və cihaz insan dərisi ilə müxtəlif növ doqquz sözü müəyyən edə bilir.

Duqan qeyd etdiyi kimi, bu texnologiya insanları dil baryerindən xilas edəcək: “Mandarin (şimali Çin dili) dilində düşünə bilərsiniz, lakin onu ispanca hiss edəcəksiniz” deyə, Duqan bildirib. Buna baxmayaraq, düşüncə gücü ilə yazılan mətn texnologiyası kimi bu texnologiyanı da yaxın gələcəkdə reallaşacağı gözlənilmir.

Ən son yazılan

XS
SM
MD
LG