Keçid linkləri

Təcili xəbərlər

Pendir yemək dişləri qoruyur


Bərk pendir dişləri kariesdən qorumağa kömək edir. Ümumi Stomatologiya Akademiyasının (AGD) apardığı araşdırma bunu göstərib.

Araşdırma nəticəsində məlum olub ki, sərt pendir ağızda pH balansını qorumağa imkan verir.

Normalda insanın ağızında aşağı bir pH səviyyəsi var. Bu səviyyəni daha da aşağı salan qida qəbul etdikdə, içki içdikdə diş minası zədələnir.

Tədqiqata 75 yeniyetmə cəlb olunub. Onlar üç qrupa ayırılıb. Birinci qrup bərk pendir, ikinci qrup şəkərsiz qatıq, üçüncü qrup isə inək südü istifadə edib.

Tədqiqatçılar bu məhsulların iştirakçıların dişlərinin vəziyyətinə təsirini araşdırıblar. Məlum olub ki, gündəlik bərk pendir yeyən yeniyetmələrdə pH stabil 5.5 səviyyəsindədir. Bu balans pozulduqda diş karies təhlükəsiylə üzləşir.

Mütəxəssislər bildirirlər ki, vacib olan pendir yeyəndən sonra ağızı su ilə yaxalamaqdır. Bu qida 30 dəqiqə boyunca ağızda pH səviyyəsini yüksəldir. Qatıq və südün qoruyucu təsiri isə yalnız 10 dəqiqə çəkib.

Tədqiqatçılar bildirirlər ki, bu faktorun pendirin yağ tərkibi ilə bağlılığı yoxdur. Az yağlı pendir də effektiv ola bilər.

Mütəxəssislər ağız boşluğunu qorumaq üçün çərəz, ət yeyən, şərab içən zaman bir dilim pendir yeməyi də məsləhət görürlər.

XS
SM
MD
LG