İnanc və geyim azadlığı təməl insan hüquqlarındandır, bu mübahisə mövzusu deyil, amma şahidi olduğum bir hadisəni yazım, bir yerdə düşünək, müzakirə edək.
Elmlər Akademiyası metrosu yaxınlığında bəyəndiyim bir kafe var, nahara eve getməyə vaxt olmayanda həmin kafeyə gedirəm.
Bu günlərdə yenə həmin məkana gəldim, zal boş idi, tək bir masada 2 nəfər müasir geyimli, gözəl xanım əyləşmişdi, yemək yeyirdilər, deyib-gülürdülər.
Mən onlardan xeyli aralı, küncdə əyləşib, yemək sifariş verdim. Zal boş və səssiz olduğundan xanımların danışığı eşidilirdi, musiqidən, Bakıda yaxın zamanlarda baş tutacaq konsertlərdən danışırdılar, xoş və mədəni söhbət edirdilər.
Bir müddət sonra zala 30-35 yaşlı bir kişi yanında hicablı 2 xanımla daxil oldular. Kişi 1-2 dəqiqə gözləri ilə masa seçdi, xanımlar da sakitcə onun qərarını gözləyirdilər...
Bir müddət sonra zala 30-35 yaşlı bir kişi yanında hicablı 2 xanımla daxil oldular. Kişi 1-2 dəqiqə gözləri ilə masa seçdi, xanımlar da sakitcə onun qərarını gözləyirdilər. Nəhayət bir masa seçdi, yanındakı xanımları, həmin 2 nəfər qızla üzbə-üz əyləşdirdi, özü isə arxası həmin qızlara tərəf oturdu. Gənc və gülərüz xanımlar öz söhbətlərində, deyib-gülməklərində idi. Cəmi 2-3 dəqiqədən sonra həmin kişi qəzəblə yerindən qalxdı, yanındakı xanımları yerlərindən durğuzdu, burnunun altında deyinərək (səssizlik olduğu üçün eşitdim: Yanındakı xanımlara, bu qızlara nəyə görə baxırsız, gülürsüz deyə, təpindi) arxalarını həmin 2 qıza tərəf otuzdurdu, özü isə üzü qızlara oturub onları nifrətlə süzməyə başladı.
Özümə söz verdim ki, qızlara açıq irad bildirsə, söhbətə müdaxilə edəcəm, amma birbaşa onlara heç nə demədi.
Bu insan müasir geyimli, deyib-gülən qızları özü ilə gələn xanımlara pis örnək kimi qəbul etdi, onları izləmələrinə belə imkan vermədi.
Bu insan müasir geyimli, deyib-gülən qızları özü ilə gələn xanımlara pis örnək kimi qəbul etdi, onları izləmələrinə belə imkan vermədi.
Yəni, uçurum bu qədərmi dərinləşir?! Yoxsa bu, sadəcə, davranış və dünya görüşü fərqidir?!
Bir daha: İnanc və geyim özgürlüyü təməl haqlardır, amma belə görünür ki, bu təməl haqların təminatı ancaq və ancaq dünyəvi dövlət modelidir. Bu anlamda dünyəvilik, şəxsən mənim üçün həm qırmizi xəttdir, həm də başqa siyasi qüvvələrlə ortaqlıq qurmaq üçün əsas şərtlərdən biridir...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.