Keçid linkləri

Təcili xəbərlər

Yeni proqramla dostuna sevgili tapa bilərsən


Wingman app
Wingman app

Yeni tanışlıq proqramı tənha dostunuza sevgili tapmağınıza imkan verəcək.

Wingman adlanan bu proqramla istifadəçi biriylə söhbət edib onu uyğun bir dostuna yönləndirə, tanışmalarına vasitəçi ola bilər.

Proqramın məqsədi dostuna münasibət qura biləcəyi birini tövsiyə etməyi asanlaşdırmaqdır.

Wingman ən az iki nəfərlik bir proqramdır: münasibət axtarışında olan biri və onun güvəndiyi dostu. Əgər istifadəçi dostu üçün birini axtarmaq istəyirsə, əvvəlcə ona proqramla dəvət göndərir.

Proqramı hazırlayan Tina Uilson deyir ki, tanışlıq saytlarından istifadə etmədiyi üçün tənha qalan zaman dostları ona uyğun birini tapmaqda kömək etməyə çalışıblar. Elə Wingman ideyası da buradan yaranıb.

Proqram tanış olmaq, münasibət qurmaq istəyən şəxsin Facebook bilgiləriylə yanaşı, dostunun onun haqqında fikirlərini, özəl edən cəhətlərini əks etdirir.

Hər kəs özü, şəxsiyyəti haqqında mükəmməl danışa bilər. Ancaq, proqram yaradıcısı hesab edir ki, dostun rəyləri, fikirləri güvəni artırır.

Tina düşünür ki, Wingman tanışlıq xidmətlərində aktiv olmayan subay, tək insanlar üçün faydalı olacaq.

Ən son yazılan

XS
SM
MD
LG