Keçid linkləri

Təcili xəbərlər

Yeriyən xəbərlər


Ölkə daxilində tənqidçi saytlar bloklanıb.

Ən gülməlisi (və ağlamalısı!) odur ki, bu, təqvim 21-ci yüzili, 2017-ci ili göstərəkən baş verir.

Yeni texnologiyaların sürətli inkiişaf çağında, xəbər və bilgi almağın hüdudsuz imkanlarının olduğu bir vaxtda baş verir həm də.

Texnoloji çağı bizi az qala hər gün təzə-tər icadları ilə heyrətləndirərkən rejim 60-70 il öncənin ağlı ilə düşünür və qərar verir.

Texnoloji çağı bizi az qala hər gün təzə-tər icadları ilə heyrətləndirərkən rejim 60-70 il öncənin ağlı ilə düşünür və qərar verir.

Bir yandan, tənqidi səsləri tamamilə qısaraq problemləri yoxmuş kimi göstərəcəyinə inanır. Düşünür ki, tənqid yoxdursa, problem də yoxdur.

O biri yandan internetin insanlara sonsuz, ucsuz-bucaqsız xəbərləşmə, soraqlaşma fürsəti tanıdığı bir vaxtda “Sovet kəndi” ruhlu media yaradacağına inanır.

Doğrudur, bu gün Azərbaycanda bir dənə də olsun azad qəzet qalmayıb.

Müstəqil televiziya və radio yerli-dibli yoxdur.

Bir neçə istisna ilə xəbər saytları ölkənin gerçək mənzərəsini göstərməkdən tamamilə uzaqdadırlar. Həmin “bir neçə istisna”nı da Azərbaycan daxilində bloklanıblar, böyük çoxluğun onlara çıxışı məhdudlaşdırılıb.

Bir neçə istisna ilə xəbər saytları ölkənin gerçək mənzərəsini göstərməkdən tamamilə uzaqdadırlar.

Həmin “bir neçə istisna”nı da, yazının lap əvvəlində qeyd etdiyimiz kimi, Azərbaycan daxilində bloklanıblar, böyük çoxluğun onlara çıxışı məhdudlaşdırılıb.

Amma hətta bu halda belə, ciddi şəkildə dəyişən heç nə yoxdur.

İki sadə səbəbdən: bir, internetin imkanları o qədər genişdir ki, bu gün bir toplumu tamamilə informasiya blokadasında saxlamaq mümkün deyil.

Hətta 40-50 il öncə belə, bu ölkədə dinlənilməsi yasaq olan Qərb radiostansiyalarına qulaq asmağın bir yolunu tapan toplum üçün indi – internet çağında, sosial şəbəkələrin bu qədər yayğınlaşdığı vaxtda gerçək, həqiqi xəbər qaynaqlarına çıxış əldə etmək o qədər çətin deyil. Bu gün xəbər artıq insanların cibində, əlində, masasının üstündədir. Cəmi bir “tık”la dünya ayaqlarımıza qədər gələ bilir.

...yeri gəlsə, bu gün Azərbaycanda nə baş verdiyini öyrənmək üçün hansısa televiziya və ya radioya, qəzet və sayta da ehtiyac yoxdur. Adamlar özlərinin və ətraflarındakıların həyatına baxaraq, məmləkətin hansı ağır, dəhşətli bir durumda olduğunu görə bilərlər.

İki, yeri gəlsə, bu gün Azərbaycanda nə baş verdiyini öyrənmək üçün hansısa televiziya və ya radioya, qəzet və sayta da ehtiyac yoxdur.

Adamlar özlərinin və ətraflarındakıların həyatına baxaraq, məmləkətin hansı ağır, dəhşətli bir durumda olduğunu görə bilərlər.

Küçədəki insanların üzlərinə baxın! Heç bir televiziya yurddaşlarımızın acınacaqlı durumunu bu kədərli, qayğılı, tutqun üzlər qədər aydın, dəqiq göstərə bilməz.

Bu ölkə vətəndaşının 70-80 faizinin hər biri artıq “yeriyən xəbər”ə çevrilib.

Onlar bizə milyardlarla neft pulunun axdığı bir ölkənin vətəndaşlarının səfalət içində çapalamasından, işıqlı, firavan gələcəyə dair ümidlərinin üstündən xətt çəkərək intihara yuvarlanmasından xəbər verirlər.

Onların üzündən, onların gözlərindən oxumaq olar Azərbaycana dair ən doğru xəbərləri: bu qədər zəngin torpaqlarda borc bataqlığında üzür əksəriyyət. Əksəriyyət işsizliklə qarşı-qarşıyadır. Çoxluq uşaqlarının qarnını doyura bilməməsinin, onlara qayğısız həyat bəxş edə bilməməyin ağırığı altında əzilir.

Azərbaycan mediasını tamamilə özündən asılı vəziyyətə salmaq, onlardan yeni “Sovet kəndi”, yeni “Bakı fəhləsi” düzəltmək olar.

Tənqidçi saytları bloklamaq olar.

Hətta bu gün-sabah sosial şəbəkələri də qapada bilərlər.

İnsanları min cür təhdidlə, təzyiqlə danışmaqdan, hətta çayxana künclərində belə giley-güzar etməkdən çəkindirmək də olar.

Amma kədər, qüssə, gələcəyə dair ümidsizlik yağan, gülümsəməyi yadırğamış üzləri neyləyəcəklər?

Hüznlə, üzüntü ilə baxan, sevinc göz yaşlarını unutmuş, saysız-hesabsız qayğılar içində yalnız qəhərlənə bilən gözləri neyləyəcəklər?

Onları da bloklayacaqlar?! Onları da qapadacaqlar?!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG