Keçid linkləri

Təcili xəbərlər

Chrome-da reklam bloklayıcı işə düşə bilər


Google özünün veb brauzeri Chrome-a reklam əngəlləyici artıra və bunu bütün istifadəçilər üçün çatımlı edə bilər.

Gəlirlərinin böyük hissəsini reklamdan qazanan bir şirkətin bu addımı bəlkə qəribə gələ bilər.

Wall Street Journal yazır ki, şirkət digər reklam blokerlərlə mübarizə üçün özü onlardan birinə çevrilə bilər. Əgər Google öz reklam bloklayıcısını təklif edərsə, istifadəçilər istəmədikləri reklamlardan yaxa qurtarmaq üçün əlavə proqram axtarmalı olmayacaqlar.

Reklam bloklayıcının Chrome-un həm mobil, həm də masaüstü versiyasında açıq olacağı bildirilir.

Google-un hədəfi Daha Yaxşı Reklam üçün Koalisiya tərəfindən qəbul edilməyən, standartlara uyğun olmayan reklamlardır. Koalisiyanın saytında ən az tərcih edilən reklamların səhifəsi var.

Adblock Plus kimi reklam əngəlləyici proqramlar öz istifadəçilərinə reklamları göstərmək üçün şirkətlərdən ödəniş alırlar. Google özü də bu ağ siyahı proqramının üzvüdür. Öz reklam bloklayıcısını işə salmaq şirkətin Adblock Plus kimi üçüncü tərəflərə ödədiyi məbləği dayandıra, ən azından azalda bilər.

Şirkət hələlik bu məsələylə bağlı dəqiq bir açıqlama verməsə də, Daha Yaxşı Reklam üçün Koalisiya ilə yaxından əməkdaşlıq etdiyini və “Daha Yaxşı Reklamı Standartları”nı dəstəklədiyini bildirib.

Ən son yazılan

XS
SM
MD
LG