Keçid linkləri

Təcili xəbərlər

Tramp hakimiyyətdə ikən Marsa adam göndərmək istəyir


ABŞ prezidenti Donald Tramp ümid edir ki, Marsa gedəcək ilk amerikan vətəndaşları onun prezidentlik dövrü bitənəcən baş tutacaq. Onun prezidentliyi isə 2021-ci ildə bitəcək. Bu arzusunu prezident Beynəlxalq Kosmik Stansiya (BKS) ilə əlaqə saxlayarkən dilə gətirib.

“Necə düşünürsünüz, nə vaxt Marsa adam göndərə biləcəyik? Bunun nə vaxt baş verəcəyi ilə bağlı hər hansı bir qrafik varmı?”, deyə prezident BKS-nın ekipaj rəhbəri Peggi Uitsondan soruşub. NASA prezident və astronavt Uitson və Cek Fişerin söhbətini canlı yayımda efirə verib. Ölkə başçısına cavab verərək, Uitson xatırladıb ki, Trampın ayırdığı büdcə Marsa insanların göndərməsini yalnız 2030-cu illərdə mümkün edəcək.

“Amma biz bunu mənim prezidentlik dövrümün sonunadək baş verməsini istəyirik, ən pis halda – ikinci prezidentlik dönəminə təsadüf etsin. Bir az daha cəld olmalıyıq”, deyə Tramp bildirib. “Ümid edirəm ki, biz bunu planlaşdırdığımızdan da daha tez bir zamanda edə biləcəyik”, deyə ABŞ prezidenti əlavə edib.

Uitson prezidentə daha yaxşı çalışacaşağını bildirərək, Qırmızı planetə böyük məmnuyyətlə gedəcəyini də deyib. Onu da qeyd etmək lazımdır ki, Uitsonun sözlərinə görə, bu layihənin ciddi maliyyə dəstəyinə və beynəlxalq əməkdaşlığa ehtiyacı var.

NASA-nın Mars proqramı Barak Obamanın hakimiyyəti dövründə işlənməyə başlanılıb. Proqrama əsasən, ehtimal edilir ki, insanın Marsa uçması 2030-cu illərdə baş verəcək. Hazırda bunun üçün ABŞ-da çox ağır çəkili raket-daşıyıcısı tikilir. Ötən il Marsa idarə edilən uçuşu 2020-25-ci illərdə həyata keçirmək niyyətini SpaceX özəl şirkəti bildirib. Şirkət Marsa ilk pilotsuz uçuşu 2018-ci ildə planlaşdırır.

Donald Tramp ötən il ABŞ-da keçirilən prezident seçkilərində rəqibi Hillari Klintonu geridə qoyaraq ölkə başçısı seçildi. Trampın ilk prezidentlik dövrü isə 2021-ci ilin yanvar ayında bitəcək.

Ən son yazılan

XS
SM
MD
LG