BƏLKƏ BİZ DƏ FİKİRLƏŞƏK?..
Atalar “Söz sözü çəkər” deyiblər. Bir az uzaqdan, öz milli ədəbiyyatımızdan başlayacam. Amma bəri başdan bircə ricam var. Dediklərimi ədəbazlıq kimi qəbul etməyin. Sadəcə, mənə həmişə elə gəlib ki, bizim ədəbiyyatımızın bir çox əsərləri, xüsusən də ötən yüzillikdə yazılanların bir çoxu kənar ədəbiyyatların bəlli süjetləri ətrafında milli variasiyalardır.
Fəqət, elə əsərlərimiz də var ki, onlar həqiqətən, sözün lap əsl mənasında ədəbi inci sayıla bilər. Belələri hətta dünya ədəbiyyatını da zinətləndirmək gücündədir.
Fəqət, elə əsərlərimiz də var ki, onlar həqiqətən, sözün lap əsl mənasında ədəbi inci sayıla bilər. Belələri hətta dünya ədəbiyyatını da zinətləndirmək gücündədir.
Onlardan biri də Mirzə Cəlilin “Ölülər”idir. Bu əsəri bir neçə dəfə oxumuşam, gəl, hər dəfə Şeyx Nəsrullahın oyundan necə çıxacağını və dramaturji kulminasiyanın necə açılacağını böyük həyəcanla izləmişəm.
Təbii, burada “Ölülər”in ədəbi-bədii məziyyətlərinə, bu böyük əsərin incəliklərinə varmaq fikrim yoxdur, hərçənd ki, onlar bir deyil, iki deyil, bəlkə də yüzlərlədir və hər biri də diqqətəlayiqdir...
Fəqət, məni burada fırıldaqçı Şeyx Nəsrullah cənablarının çox məşhur “Xub, sən də get fikirləş!” sözləri daha çox məşğul edir.
Bəli, kimi qardaşının, kimi övrətinin dirilməsıni, bir daha bu dünyaya qaytımasını istəmədi, çünki onlar dirilib yenidən həyata qayıtsaydılar elə şeylər görərdilər ki!..
Elə biz də, hamımız olmasa da, böyük əksəriyyətimiz lap Mirzə Cəlilin ölülərinə bənzəyirik, çünki “Bu ölkə niyə dəyişmir? Nə vaxtadək bu cür qalacaq?” kimi sualların bir cavabı var: ...
Elə biz də, hamımız olmasa da, böyük əksəriyyətimiz lap Mirzə Cəlilin ölülərinə bənzəyirik, çünki “Bu ölkə niyə dəyişmir? Nə vaxtadək bu cür qalacaq?” kimi sualların bir cavabı var: “Ona görə dəyişiklik yoxdur ki, insanlar bunu istəmir, onları indiki qaydalar da qane edir”...
Biz isə hər dəfə durub dağa-daşa düşür, min cür səbəblər, çox dərin “politoloji” arqumentlər axtarırıq. Kimi bu müşkül sosial–siyasi düyünün açılmamasının səbəblərini hakimiyyətin sərt olmasında, başqa birisi müxalifətin yarıtmazlığında, digərisə bir az da uzağa gedərək hansısa bir qəliz “beynəlxalq mətləblərdə və incəliklərdə” axtarır.
Halbuki hər şey çox sadədir - insanları indiki qaydalar qane edir.
HEYF DEYİLMİ “DƏDƏ-BABA QAYDALARI”?!
Bəli, çoxumuz üçün yerli, doğma üsul-idarə ilə, necə deyərlər, “dədə-baba qaydası” ilə və yaxud “mentalitet”ə uyğun şəkildə yaşamaq daha sərfəlidir, nəinki düzgün yaşamaq, nəinki düzgün çalışmaq və yaxud da düzgün xidmət etmək.
Ona görə də heç nə alınmır. Ona görə də müxalifətin və yaxud ictimaiyyət fəallarının etiraz çağırışlarına beş-üç adamdan savayı kimsə səs vermir. Ağıllı sözə diqqət edilmir...
Ona görə də heç nə alınmır. Ona görə də müxalifətin və yaxud ictimaiyyət fəallarının etiraz çağırışlarına beş-üç adamdan savayı kimsə səs vermir. Ağıllı sözə diqqət edilmir...
Bir neçə il bundan əvvəlin söhbətidir. Hökumət ilk dəfə daha rüşvətin olmayacağını “qəti” şəkildə bəyan edəndə maraqlı bir hal sezdim. Bizim insanların çoxu pərişan idi. Deyirdilər “İndiyədək rüşvətlə dərd-sərimizi həll edirdik, indi nə edəcəyik?”...
Halbuki elə o vaxt da aydın idi ki, hökumətin belə “qəti” qərarları hələ çox olacaqdı, çünki avtoritar və ya totalitar rejimlərdə düşünürlər ki, bir qərarla da, direktiv qaydada da rüşvətin kökünü kəsmək mümkündür.
İnsanlar isə bunun fərqində deyildilər və əməlli-başlı qorxuya düşmüşdülər, çünki rüşvətin olmayacağı təqdirdə “Qardaşım və yaxud da əmimoğlu filan yerdə işləyir” sözlərinin də mənası olmayacaqdı. Daha “Adamın adamı olar!” deyimi əvvəlki əsrarənglikdə qalmayacaqdı və hamımız eyni imtiyazlara malik olacaqdıq...
İnsanlarımız isə bunu istəmirlər. Ona görə də heç bir dəyişiklik olmur. Hətta baxıb görürsən ki, elə digərləri də indiki vəzifəlilərin yerində olsaydılar belə edəcəkdilər, hər kənddə, hər rayonda bir ev tikdirəcək, bir maşından düşüb o birisinə minəcək, büdcəni və həmvətənlərini bir az da artıq şövqlə soyub talayacaqdılar...
İNSANLAR DƏYİŞMƏSƏ...
Təbii, bunun da səbəblərini bilmək istəyənlər var, çünki bir qism insanlar elə əvvəldən deyirdilər ki, bu ölkədə sosial-siyasi qaydaların və prinsiplərin dəyişməsi üçün ilk növbddə insanlar dəyişməlidir. Onlar niyə korlanıb, nədən bu qədər tamahkar və yalançı olublar, - bu haqda da müəyyən mülahizələr var, amma ağlabatan bir şey yoxdur...
Kimi bizim qüsurlarımızın kökünü Rusiya istilasında, kimi mentalitetdə, başqa birisi də daha nə bilim, harada axtarır. Lakin daha ağıllı yol budur ki, bütün bunların dərinliyinə çox varmayasan, çünki insan ağılını da itirə bilər...
Kimi bizim qüsurlarımızın kökünü Rusiya istilasında, kimi mentalitetdə, başqa birisi də daha nə bilim, harada axtarır. Lakin daha ağıllı yol budur ki, bütün bunların dərinliyinə çox varmayasan, çünki insan ağılını da itirə bilər...
Belə deyəndə də qayıdırlar ki, xəstəliyin bütün “bioqrafiyasını” bilmədən onu sağalda bilməzsən. Beləcə, vəziyyət bir az da qəlizləşir. Lap dönüb olursan kefli İsgəndər, necə deyər, gücün bir tüpürcəyinə, bir də arağa güc verməyə çatır...
Amma bu da çıxış yolu deyil, çünki hətta Kant da idrakın imkanlarının məhdud olduğunu iddia etsə də insan övladının heç vaxt barışmadığı bir məqam var. Bu da “Mümkün deyil!” sözləridir...
Ona görə də çalışırsan, əlləşib-vuruşursan ki, bəlkə düzəldi. Fəqət, bir şey alınmır ki, alınmır.
Axırda da “Allah sizə də rəhmət eləsin, dirilər! İndiyədək necə yaşamısınızsa eləcə də yaşamaqda davam edin” deyib əllərini yelləyir və növbəti araq şüşəsinin ağzını açırsan...
Və bir də Mirzə Cəliliin, bəli, o böyük insanın ruhuna ürəkdən dua-sənə edirsən, Allahdan ona rəhmət diləyirsən ki, bizim üçün “Ölülər” kimi bir əsər qoyub gedib...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.