Keçid linkləri

Təcili xəbərlər

Uber AppStore-dan qovula bilərmiş


New York Times qəzeti yaxınlarda dərc etdiyi bir məqalədə qeyd edilənlərə görə, iki il öncə Apple şirkəti Uber xidmətinin aplikasiyasını silmək niyyətində imiş. Tim Kuk Uber-dən istifadəçilərin izlənilməsinə qadağa qoyub, əks halda adıçəkilən aplikasiya App Store-dan silinəcəkdi. “Almalı” şirkətin rəhbəri Uber şirkətinin rəhbəri ilə görüşüb, və şəxsən ona xidmətin silinə biləcəyi haqda xəbərdarlıq da edib. Apple-ın rəhbəri öz istifadəçilərinin qayğısına qalır və istifadəçilər haqda məlumatların məxfi saxlanılması ilə bağlı məsələlərdə həmişə qərarlı olur.

“Aplikasiyanı silən ayrı-ayrı istifadəçilərin yerləşdiyi məkanları biz izləmirik”, deyə şirkətin rəsmi nümayəndələri bildirib.

Aplikasiya silindikdə, özündən sonra zəif alət də buraxırdı ki, bu da istifadəçini izləməyə imkan verirmiş

Beynəlxalq taksi xidməti göstərən Uber şirkəti ilk növbədə rahatlıq və müştəri xidmətlərinə görə məşhurdur. Lakin bu vaxta qədər bu və ya digər texniki üsullar fırıldaqçılığa qarşı mübarizədə istifadə edilib. Bu növ üsullar isə Apple-ın qoyduğu şərtlərə zidd olub. İki şirkət rəhbərinin görüşdəki detallarla yaxından tanış olan mənbəyə istinad edərək New York Times qəzeti yazısında bu məqamları qeyd edib.

App Store kimi geniş meydandan məhrum olmamaq üçün Trevis Kalanik aplikasiyasında olan gizli variantı silməli olub. Bu “əlavə” olmasa idi, fırıldaqçılar bu sxemi bir neçə dəfə təkrar edə bilərdilər.

Greyball Uber aləti vasitəsi ilə ABŞ, Fransa, Avstraliya, Çin, Cənubi Koreya, İtalya kimi ölkələrin hakimiyyət orqanlarını müəyyən etmək mümkün olub. Daha sonra isə Uber artıq heç vaxt istifadəçiləri izləmək üçün “fingerprinting”-dən (barmaq izi) istifadə etməyib.

Ən son yazılan

XS
SM
MD
LG