Keçid linkləri

Təcili xəbərlər

Əksəriyyət


Mənim adım əksəriyyətdir və mən ölkədən ölkəyə dəyişirəm, fərqli formalara girirəm, ideologiyalarımı və şüarlarımı dəyişdirirəm. Mahiyyətimə isə çox sadiqəm, dogmalarımı heç nəyə qurban vermərəm. Çünki onlar mənim silahımdır, dogmalar olmasa əzə bilmərəm, əzilə bilmərəm, çünki mən ikisini də sevirəm, həm əzməyi, həm də əzilməyi.

Hitler məni qadına bənzətmişdi, gücdən zövq aldığım üçün. Axmaq adam, həm irqçi, həm də qadın düşməni olduğu üçün belə deyib, halbuki məni təşkil edənlərin çoxu elə gücdən ləzzət alan kişilərdir.

Hitler məni qadına bənzətmişdi, gücdən zövq aldığım üçün. Axmaq adam, həm irqçi, həm də qadın düşməni olduğu üçün belə deyib, halbuki məni təşkil edənlərin çoxu elə gücdən ləzzət alan kişilərdir. Bir az öncə silahım dediyim o dogmaları (ifrat dil həssaslığınız varsa, ehkamların olsun) mənə qadınlar hazırlamır ki. Kişilər tərtib edir, qadınlar da cidd-cəhdlə tətbiq edirlər. Çünki biz çoxuq, hər zaman haqlıyıq və çox güclüyük. İnanmırsan? “Heç vaxt etmərəm” dediyin, sonra isə quzu kimi etdiyin işləri yadına sal, heç olmadımı? Başqalarında görüb şoka düşdüyün və pis reaksiya verdiyin, bir az sonra isə özünün də təkrarladığın hərəkətləri xatırla. Bax o mənəm, əksəriyyətəm, səni bu cür əzərəm heç ruhun da inciməz.

Kİm deyir ki, mən sevməyi bacarmıram? Bukovskiyə inanmayın. Mən sevirəm: özümdən güclüləri, məni ustalıqla aldada bilənləri, zəif yerlərimi bilənləri, o zəif yerlərimdən məni idarə etməyi bacaranları. Kraldan çox kralçıyam, mən kasıblaşdıqca onun yüksələn zənginliyinə səcdə edirəm, “özü yaxşıdır, ətrafındakılar pisdir” kimi fikirlər məntiqimi oxşayır. Ən əla bacardığım şey nifrət etməkdir: məndən fərqli olanlara, fərqli düşünənlərə, yaşayanlara, hətta fərqli geyinənlərə. Allah öz nifrətimdən məni qorusun.

Azərbaycanda məni Qarabağ doqması ilə idarə edirlər. “Özünü yaxşı aparsan sənə Qarabağ alacağam, yaxşı aparmasan ermənilər gələcək və özləriylə qeyri-sabitlik gətirəcək” deyirlər.

Azərbaycanda məni Qarabağ doqması ilə idarə edirlər. “Özünü yaxşı aparsan sənə Qarabağ alacağam, yaxşı aparmasan ermənilər gələcək və özləriylə qeyri-sabitlik gətirəcək” deyirlər. Mən də məmnuniyyətlə həzm edirəm və yeməyənləri topa tuturam. Kitab oxumağı sevmirəm, amma bu mövzuda fərqli fikir söyləyən bir xalq yazıçısının kitablarını yandırıram. Bir Allahın qulu da mənə sual vermir ki, sən nə vaxtan bəri kitab oxumağa başladın ki, bu yazıçının da fikirlərindən xəbərdar olasan. İtirdiyim 20 faiz torpaqların dərdini çəkirəm, amma qalan 80 faiz torpaqlarda guya güzəranımı düzəltmişəm? Qarabağa həqiqətən də qayıtmaq istəyən bir-iki dənə qaçqınım var ki, bunlar da yataqxana zirzəmilərində unudulanlardır. Qarabağ artıq bir bölgə deyil. O mənim tiryəkim, hakimiyyətin isə çörək ağacıdır.

Əxlaq da doqmamdır, amma qadın cinsindəndir və yoxsullar sinfinə şamil edilir. Əxlaqsızlığa nifrət edirəm, amma buraya büdcə oğurluğu, rüşvət, səbəbsiz varlanma daxil deyil. İki sevən gəncin bir-birini öpməsinə hiddətlənirəm, amma dövlətin boş ştatlarından “ölü canlar” kimi istifadə edib məşuqə saxlayan məmur qohumlarımı məşuqəsiylə bərabər evimdə yuxarı başa keçirirəm.

Çünki mən cilddən cildə girməyi çox sevirəm və bunu gözəl bacarıram. Lazım gələndə ateist, başqa lazım gələndə də dindar oluram. Elə bilmə ki, sadəcə zamana görə dəyişirəm. Mən coğrafiyalarda da fəqrli şəkillərdə görünə bilirəm...

Nazim Hikmət mənə “akrep gibisin, kardeşim” deyirdi. Məncə, əqrəbdən daha çox buqələmuna oxşayıram. Çünki mən cilddən cildə girməyi çox sevirəm və bunu gözəl bacarıram. Lazım gələndə ateist, başqa lazım gələndə də dindar oluram. Elə bilmə ki, sadəcə zamana görə dəyişirəm. Mən coğrafiyalarda da fəqrli şəkillərdə görünə bilirəm. Məsələn, Türkiyədə bir zamanlar doqmam Atatürk idi, ona artıq söz deyənin anasını ağladırdım. Həm də bu anasını ağlatdıqlarım sadəcə səmimi dindarlar deyildi, bunların içində kürdlər, solçular, ermənilər də vardı. İndi isə bir az həyatım rəngarəng olsun deyə vasitəmi dəyişdim, İslam ən təsirli doqmam olub, Atatürkü də yerdən yerə vururam. Bunun üçün mənə hər cür imkan yaradan bir Cumhurbaşkanım var. Peyğəmbər övladı, Allah dostudur, amma açdığı on şirkəttən yeddisi bankdır, faizi öpüb gözünün üstünə qoyur. Mitinqlərdə əlində Quran yellədir, amma 1200 otaqlı sarayında ilk qəbul ettiyi qonağı Papadır, anası ölərkən çox sadə, su və xurmadan ibarət yas məclisi verir, amma övladlarına Berluskoninin iştirak edə biləcəyi qədər toy edir. Mən isə bunu qətiyyən görmürəm, çünki sərf eləmir. Bəziləri məni sadəlövh hesab edib gözümü açmağa çalışır, halbuki eyni təriqət üzvlüyündən, qohum-əqrəbadan gələn tanışlıqıar sayəsində dövlətin önəmli yerlərinə mən də çökmüşəm, azdan az çoxdan çox mən də qazanıram, din həssasiyyətim olmasaydı mən hansı təcrübəmlə, biliyimlə ev-eşik sahibi ola bilərdim ki.

Bir az fikir versəniz, elə Rusiyada da eyni doqmalarla yaşadığımı görərsiniz. Pravoslavlıq, böyük Rusiya, çürüməkdə olan Qərbin içimizdəki Navalnıy kimi agentləri.

Bir az fikir versəniz, elə Rusiyada da eyni doqmalarla yaşadığımı görərsiniz. Pravoslavlıq, böyük Rusiya, çürüməkdə olan Qərbin içimizdəki Navalnıy kimi agentləri. Çarlıqda da, sovet vaxtında da, indi də bizi içimizdən parçalamağa çalışıblar, onlar olmasaydı hər şey, hüquq, ədalət, demokratiya, hər şey əla olacaqdı. Romanov da əla idi, Stalin də, Putin də. Bircə bu xarici düşmənlər olmasaydı. Kasıb ailələrin uşaqları üçün normal oyun meydançaları, normal şəraitli uşaq bağçaları yoxdur, yaxşı təhsil sadəcə oliqarxların övladları üçündür, amma indi Suriyadakı Palmiranı, Kiyevdəki faşizmi düşünmək vaxtıdır, hərbi xərclər daha önəmlidir.

Amerikada illərlə məni kommunizmlə qorxutdular, vergilərimlə istehsal etdikləri silahları Vyetnamda istehlak etdilər, Çilidə çevriliş təşkil etdilər, məndən kəsib Sovetin dağılmasına xərclədilər. Sonra da “bizim azadlığımıza paxıllıq edən” islamçılara tərəf yönəldilər. Mən yenə də inandım, çünki həftə arası kofe, həftə sonu alkoholla uyumağı sevirəm, çox düşünəndə potensiyam azalır. Kardaşyanla fəxr edirəm, dünyanın harasında sadəcə iri yançağı var deyə məşhurlaşan və zənginləşən insanlar var?

Sən də məntiqini söndürüb mənə qoşula bilərsən. Əslində onsuz da qoşulacaqsan, yoxsa səni ya məhv edərəm, ya da kənara tullayaram. Ən yaxşısı könüllü olmaqdır, sevə-sevə, zövq alaraq məndən biri olmalısan. Birlikdə “bacarana can qurban” deyəcəyik, hətta bizim özümüzü bacarsalar da.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG