Keçid linkləri

Təcili xəbərlər

Ərdoğan niyə ABŞ-la Rusiya arasında vurnuxur?


BİR AYDA İKİ BÖYÜK SƏFƏR...

May ayında Türkiyə prezidentinin iki səfəri baş tutmalıdır. Ayın əvvəlində Rusiyaya səfər edəcək Rəcəb Tayyib Ərdoğan bir neçə gündən sonra dünyanın daha bir aparıcı ölkəsinə, ABŞ-a baş çəkəcək.

Prinsipcə, onun ABŞ-a səfəri gözlənilən idi. Donald Tramp hakimiyyətə gələndən sonra Türkiyə rəhbəri ölkəsinin əsas müttəfiqlərindən biri olan ABŞ-ın yeni prezidenti ilə görüşməli idi. Xüsusən də nəzərə alanda ki, danışmalı və müzakirə edilməli çox məsələlər var, onda bu səfər elə də təəccüblü və ya qəfil təsir bağışlamır.

ƏRDOĞANI TƏKRAR MOSKVAYA YÖNƏLDƏN NƏDİR?..

Amma Rusiyaya səfər bir qədər “plandankənar” görünür. Ona görə ki, Ərdoğanın bu ölkəyə son səfərindən bir o qədər çox vaxt keçməyib.

Hələ o vaxt yazmışdım ki, bu formatın elə bir nəticəsi olmayacaq, çünki həmin formatda Suriyada, ümumiyətlə, Yaxın Şərqdə əsas “oyun”çulardan biri olan ABŞ təmsil olunmamışdı...

Üstəlik, lap bu yaxınlara, ABŞ Suriyanı bombalayana qədər tərəflər arasında hər hansı bir anlaşılmazlıq olmamışdı. Hətta Rusiya ilə Türkiyə Astanada bir toplantı yaparaq Suriyada atəşkəsin qarantı rolunda bulunmağa qərar vermişdilər. Hələ o vaxt yazmışdım ki, bu formatın elə bir nəticəsi olmayacaq, çünki həmin formatda Suriyada, ümumiyətlə, Yaxın Şərqdə əsas “oyun”çulardan biri olan ABŞ təmsil olunmamışdı və heç təsadüfi deyil ki, tez bir zamanda da şübhələrimiz doğruldu...

Amma Ərdoğanın Rusiyaya marağı tək Suriya ilə bağlı deyil. Hətta burada böyük iqtisadi və ticari əlaqələr də həlledici deyildir. Türkiyənin prezidenti bir qədər təəccüblü səslənsə də özü üçün daha böyük və daha geniş müstəqillik arayır. NATO üzvü olmaq onu istər-istəməz bir az çərçivələrə salır. Ona görə də təəccüblü deyil ki, Ərdoğan getdikcə həmin çərçivələrədə özünü bir az narahat hiss edir.

Həm də Yaxın Şərqdə artıq Rusiya da vardır. Üstəlik, sonuncu, kürd yaraqlıları məsələsində də mühüm “oyunçu”lardan biri hesab olunur. Bu aspektdən yanaşanda Rusiya ilə də danışmalı və çözülməli çox problemlər çoxdur.

ABŞ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ “AĞ VƏRƏQ”DİR

O ki qaldı ABŞ-a, Donald Tramp demək olar ki, ölkəsinin əsas müttəfiqlərinin bütün təmsilçilərilə görüşüb. Növbə Türkiyəyə də çatır. Diqqətəlayiq bir haldır ki, artıq Tramp hakimiyyətinin ilk yüz günü başa çatıb.

...onu deyim ki, ilk yüz gün elə də məhsuldar görünmür. Tramp hələ də Rusiya ilə bağlı siyasətinə aydınlıq gətirə bilməyib, hələ də İranla bağlı siyasi kurs tamam aydınlaşmayıb, ABŞ-da lobbiçilik və yaxud da miqrant məsələsilə bağlı çözülməmiş məqamlar qalır.

Bəlkə də bunun özü də ayrıca bir yazının mövzusu ola bilərdi. Qısaca, onu deyim ki, ilk yüz gün elə də məhsuldar görünmür. Tramp hələ də Rusiya ilə bağlı siyasətinə aydınlıq gətirə bilməyib, hələ də İranla bağlı siyasi kurs tamam aydınlaşmayıb, ABŞ-da lobbiçilik və yaxud da miqrant məsələsilə bağlı çözülməmiş məqamlar qalır. Halbuki bütün bunlara ilk yüz gündə aydınlıq gəlməli idi.

Sırf Türkiyəyə gəldikdə isə, gündəmdə iki əsas məsələ var. Bunlardan Ərdoğan üçün ən birincisi, təbii ki, Fətullah Gülən məsələsidir. ABŞ hələ də onu Türkiyəyə təslim etməyib. Hiss olunur ki, okeanın o biri tərəfində hətta o məsələ haqda düşünən də yoxdur. Amma Ərdoğan israrlı görünür. Di gəl, düşünmürük ki, Trampla onun arasında bu məsələ ilə bağlı tamam anlaşma yaranmış olsun. Hər halda, tələsmək də lazım deyil. Ən azı ona görə ki, Ərdoğan qarşısına qoyduğu məqsədlərə çata bilir...

Elə Yaxın Şərq məsələsində də müəyyən nüanslar var. Yox, Bəşər Əsədlə, Suriyanın gələcəyilə bağlı ciddi fikir ayrılığı yoxdur. Burada yenə də önə gələn kürd yaraqlıları məsələsidir. Əgər Gülən məsələsi ABŞ-ın Ərdoğan hakimiyyətinə münasibətinin göstəricisidirsə, kürd yaraqlıları məsələsi onun bilavasitə ölkə kimi Türkiyəyə münasibətinin aynasıdır.

Seçkilər vaxtı “Biz kürdləri silahlandırmaqda davam edəcəyik” deyən Hilari Klintondan fərqli olaraq Donald Tramp bu xüsusda çox da danışmırdı. Ona görə də elə bu istiqamətdə də onun gələcək siyasəti məchulluqlarla və tapmacalarla doludur. İndi bütün bu tapmacaların açılma məqamı çatır.

BAKIDA DA ÜMİDLİDİRLƏR

Azərbaycanda da Türkiyə prezidentinin hər iki səfərinə çox böyük bir maraq var. İstər ABŞ-la Türkiyə, istərsə də Rusiya ilə Türkiyə arasında isti münasibətlərin yaranması Azərabaycanın maraqlarına cavab verir. Təbii ki, ən böyük gözləntilər bilavasitə Qarabağ problemilə bağlıdır. Burada hələ çox böyük ümidlər var, çünki üç dövlətin problemə baxışı yaxınlaşarsa, o halda Qarabağ problemində də ciddi dəyişiklik ola bilər...

Bundan başqa, Türkiyə ilə Rusiya arasında isti münasibətlər həm Azərbaycan iqtidarı üçün, həm də ölkə üçün müəyyən siyasi dividendlər verə bilər.

Bundan başqa, Türkiyə ilə Rusiya arasında isti münasibətlər həm Azərbaycan iqtidarı üçün, həm də ölkə üçün müəyyən siyasi dividendlər verə bilər. Üstəlik, bir daha deyirəm ki, Ərdoğanın Trampla da dialoqunda Qarabağ probleminin hallanması prinsipcə istisna olunmur.

Amma bunun ehtimalını elə də yüksək qiymətləndirmirəm, çünki ABŞ-la çözülməli olan iki böyük problem – Fətulla Gülən və kürd yaraqlıları məsələsi Qarabağ probleminin də danışıqlar predmeti olmasının ehtimalını azaldır, çünki ilk iki məsələ Ərdoğan üçün daha vacibdir.

Fəqət, bir daha deyirik ki, prinsipcə, hər şey ola bilər. Ona görə də ümidlərimizi itirməyək, ən azı ona görə ki, artıq mayın birinci yarısında bütün məsələlər tamamilə aydınlaşacaq, danışıqlarda nələrin diqqətə gəldiyi və müzakirələrin necə bitdiyi təfərrüatları ilə bəlli olacaqdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG