Alimlərin bildirdiyinə görə, bilyard oyunu beyin itiliyini qorumağa və ümumilikdə dincəlməyə kömək edir.
Oyun zamanı bilyard şarlarını yaymağa fokuslanmaq insana beynini məşq etdirməyə imkan verir və digər problemlərdən fikri yayındırmaqla real həyat təzyiqlərindən insanı uzaq tutur. Buna baxmayaraq, belə bir nəticə şübhəli gəlir. Çünki çoxlu sayda peşəkar bilyardistlər depressiyadan əziyyət çəkdiklərini də deyirlər.
Məsələn, bilyard üzrə beş qat dünya çempionu olan Ronni Osalivan (Ronnie O'Sullivan) BBC telekanalına verdiyi müsahibədə bildirib ki, onun yaşadığı mütəmadi və ağır depressiya oyunlarda potensialını realizə etmək üçün maksimum performans ortaya qoymağa mane olur. Daha bir məşhur bilyardist Mark Alen (Mark Allen) uzun müddət ərzində psixoloji pozğunluqlardan əziyyət çəkib. Planetin on birinci kiy sahibinin fikrincə, depressiya və narahat durumu onun müsabiqələrdə çıxış etməsi ilə bağlı müxtəlif ölkələrə etdiyi səyahətlərlə əlaqədardır.
Psixoloqlar Ümumdünya Peşəkar Bilyardistlərin İttfaqı tərəfindən 2016-cı ilin aprel ayında aparılan araşdırmanın məlumatlarından istifadə ediblər. Araşdırmada iştirak edən 1029 nəfər bilyardist, emosional durumları ilə bağlı sualları cavablandırıblar. Demək olar ki, iştirakçıların 53 faizi bilyard sayəsində psixoloji durumlarının normallaşdığını deyiblər. İştirakçılar onu da qeyd ediblər ki, hazırda onlar daha asan dincələ bilməklə yanaşı, fiziki və psixoloji sağlamlıqlarını da qoruya bilirlər. Bilyardistlərin yarısından çoxu hesab edir ki, bilyard onların gündəlik həyatına da müsbət təsir göstərir.
Danimarka alimləri qeyd edirlər ki, zərbələr arasında istirahət fasilələri tələb edən bilyard təqaüdçülər üçün əvəzedilməz oyundur. Oyun zamanı pivə içmək isə onlara yaxşı əhval-ruhiyyəni qorumağa və ünsiyyətdə olmağa imkan yaradır. Bundan başqa bilyard, təqaüdçülərin adətən əziyyət çəkdikləri xroniki xəstəlikləri unutmağa da kömək edir. Ona görə bu oyun ahıl yaşlı insanların yaşlı həyatlarını aktiv şəkildə qarşılayanlara tövsiyyə edilir.
Danimarka alimləri müəyyən ediblər ki, bilyard oynayan təqaüdçülər gözəl fiziki yük alırlar ki, bu da onları yormur, əksinə onların uzunömürlülüyünə səbəb olur. Araşdırmanın müəlliflərinə görə, bilyard heç də fəal yaşlanma konsepsiyasına zidd deyil, çünki bu oyun gözəl idman növü hesab edilir. Onların fikrincə, bilyard, yaşlı insanların fiziki və emosional həyat keyfiyyətini yaxşılaşdırır.