Keçid linkləri

“Tesla” və “Space X” şirkətlərinin qurucusu, texnologiya liderlərindən Ilon Mask (Elon Musk) böyük, qarışıq şəhərlərdə tıxaclara qarşı maraqlı bir çözüm yolu üzərində çalışır.

O, cümə günü keçirilən konfransda yeraltı tunel şəbəkəsi layihəsininin detallarını açıqlayıb. Sistemin necə çalışacağını göstərən video da yayımlanıb.

Layihəyə görə, yollarda sıxlıq olan zaman avtomobil sahibi onu yol kənarındakı metal platformanın üstünə çəkir. Elektriklə çalışan bu metal platforma avtomobili yeraltı tunel yola endirir və 200 km/saat sürətlə onu bir yerdən başqa yerə aparır.

Bu fantastik layihəni gerçəkləşdirmək üçün The Boring Company adlı şirkət də yaradılıb. İşlərə Space X-in mühəndisi Stiv Devis (Steve Davis) rəhbərlik edir.

Hazırda Space X-ın ərazisində demo bir tunel inşa edilir. Los Angeles şəhər rəhbərliyindən layihəni gerçəkləşdirmək üçün icazə alınacaq.

Yeraltı tunel şəbəkəsinin qurulmağı xeyli zaman ala bilər. Elon Musk bildirib ki, The Boring Company üzərində çalışılan layihələrdən sadəcə biridir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG