Keçid linkləri

Təcili xəbərlər

"Pomidor iqtisadiyyatı"


Ölkəmizdə son zamanlar belə bir fikir formalaşdırılır ki, aqrar sektoru inkişaf etdirib həm özümüzü tam təmin edəcəyik, həm də aqrar məhsulları ixrac edib, çoxlu valyuta qazanacağıq. Məmləkətdə normal müzakirə ortamı yoxdur ki, hökumətə, məmurlara bu sahə ilə bağlı problemləri, yaratdıqları mifləri izah edək.

Dünyada heç bir ölkə özünü ərzaq məhsulları ilə tam təmin edə bilməyib, edə bilməz də. Bu mümkün deyil, effektiv deyil, iqtisadi səmərəsi olmayan bir tezisdir.

Dünyada heç bir ölkə özünü ərzaq məhsulları ilə tam təmin edə bilməyib, edə bilməz də. Bu mümkün deyil, effektiv deyil, iqtisadi səmərəsi olmayan bir tezisdir. İqtisadi kooperasiya dünyada ölkələr arasında orqanik bölgü aparıb, hər bir ölkə öz seqmentində önə çıxaraq, ərzaq təminatında iqtisadi səmərəliliyi əsas götürüb. Məsələn çox bəsitləşdirsək, A ölkəsi kələm, B ölkəsi kök istehsal edir, kələmi satıb kök alır.

Azərbaycanda ciddi əkin sahəsi problemi var, əkinəyararlı torpaq sahəmiz azdır, bir hissəsini ermənilər işğal edib, Mərkəzi Aranda torpaqlar ciddi şoranlaşıb, yararsız hala düşüb. Həmin torpaqların təmizlənməsinə onmilyardlarla vəsait lazımdır. İndi isə ölkənin nə pulu var, nə də zamanı ki, tez bu problemi həll etsin. Yəni, aqrar sektor ölkənin ixracatını dəfələrlə artırmaq qabiliyyətində deyil.

Ölkədə ciddi şirin su problemi var, yaxın 25 ildə ən böyük baş ağrısı su azlığı olacaq. Suvarma üçün su çatışmazlığı ilə üzbəüz qalacağıq. Bu problem də aqrar sahəyə ciddi təsir edəcək amilə çevriləcək.

İşçi qüvvəsi artdıqca rentabellik aşağı düşür. ABŞ-da hər 12 hektar pambıq sahəsinə 1 işçi düşür, bizdə 12 hektarda bir rayonun bütün təhsil işçilərini işlətmək istəyirlər.

Aqrar sahənin rentabelli olması üçün texnika və texnologiyalar geniş inkişaf etdirilməli, əl əməyi minimuma endirilməlidir. Hökumət isə aqrar sahəyə iş yeri yaratmaq potensialından baxır, bu çox yanlış və iqtisadi səmərəsi olmayan yanaşmadır. İşçi qüvvəsi artdıqca rentabellik aşağı düşür. ABŞ-da hər 12 hektar pambıq sahəsinə 1 işçi düşür, bizdə 12 hektarda bir rayonun bütün təhsil işçilərini işlətmək istəyirlər.

Daha bir problem aqrar sahənin çox əmək tutumlu və az əlavə dəyər (ya da, türkcə daha doğru səslənir - katma deyer) yaratmasıdır. Məsələn, 1 ton pomidorun ixrac dəyəri 1200 dollardır, 1 ton pomidoru ixrac etmək eçün 6 ay qulluq, onlarla işçi lazımdır. Bir ədəd İPhone (el dilində - ayfon) qiyməti də 1200 dollardır. Bir ədəd telefon 46 saniyəyə istehsal olunur, yəni, bizim fermer 6 ay çalışıb 1 ton pomidor istehsal edir, satır, həmin pula 46 saniyəyə yığılan telefon alır. Həmin fermer özünə Mersedes almaq istəsə 30 ton pomidor yetişdirib satmalıdır. Aqrar məhsulların katma deyerinin az olması hökumətin bu sahədən milyardlarla dollar gözləntisinin mif olduğunu göstərir.

Aqrar sahə inkişaf etməlidir, buna sözüm yoxdur, bu sahəyə təşviq və normal dəstək də olmalıdır, amma miflər yaratmaqla, aşırı gözləntilər formalaşdırmaqla olmur bu işlər. Sonda xəyallar suya düşür, miflər dağılır, xərclənən pulların geri dönüşü belə mümkün olmur.
Bu da məndən növbəti havayı "consulting" xidməti, düşünün cənablar, düşünün, əgər hələ düşünməyi bacarırsınızsa...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG