Keçid linkləri

Təcili xəbərlər

Pivə və yer fındığının idmançılara faydası


Pivə və yer fındığı idmançılara gücünü bərpa etməyə imkan verir.

Şotlandiyanın Sen-Endryus Universitetinin mütəxəssislərinin araşdırması bunu sübut edib.

Alimlər hesab edirlər ki, bu məhsullar gərgin məşqdən sonra orqanizmin bərpasına kömək edir.

Tədqiqatçılar vurğulayırlar ki, fiziki yüklənmə yüksək səviyyədə su itkisinə səbəb olur. Bu proses insanın sağlamlığına da təsirsiz ötüşmür.

Araşdırmanın nəticəsi göstərib ki, pivə və yer fındığı qısa müddətdə orqanizmdə maye ehtiyatını bərpa etməyə yardım edir. Mütəxəssislər bildirirlər ki, bu məhsullar sudan daha effekiv təsir edir.

Yer fındığı kaliumla zəngindir. Pivənin tərkibində isə çox miqdarda karbohidrat, vitamin və mineral var.

Bununla belə, yer fındığı duzlu olmamalı, pivə isə minimum spirt faizli olmalıdır.

Araşdırma müəllifləri idmançılara gündə bir litrdən artıq pivə içməməyi məsləhət görürlər. Fıstığın norması isə 50 qramdan artıq olmamalıdır.

XS
SM
MD
LG