Keçid linkləri

ABŞ-ın Kaliforniya ştatının alimləri bəyan ediblər ki, qərarların verilməsində testosteronun nə dərəcədə rol oynadığını müəyyən etməyə nail olublar.

Məlum olub ki, bu hormon kişilərin sinir sisteminə təsir edərək onları müxtəlif növ və riskli qərarlar qəbul etməyə meylləndirir. Ümumilikdə isə testosteronun səviyyəsi yüksək olan kişilər intuisiyaya əsaslanaraq kortəbii qərarlar qəbul etməyə daha çox meyllidirlər. Bundan başqa, alimlər belə bir qənaətə gəliblər ki, bu hormonun səviyyəsi yüksək olan kişilər adətən öz səhvlərini də etiraf etmək istəmirlər.

Aparılan təcrübədə 243 nəfər iştirak edib. Onların hər biri testosteronun səviyyəsini müəyyən edən və eləcə də psixoloji testlərdən keçiblər.

Kişilər həmçinin testosteronu qəbul edib yenidən yoxlamadan keçiblər. Hormonun səviyyəsi yuxarı olan iştirakçılar anlamını tələb edən müxtəlif növ riyazi tapşırıqları həll etməli olublar. Bu testdə digər məqam isə tapşırıqları həll etmə müddəti və seçimlər də qeydə alınıb. Buna baxmayaraq, hormonun səviyyəsi aşağı olan iştirakçılarla müqayisədə, testosteronun yuxarı olduğu iştirkaçıların verdikləri cavabların keyfiyyəti aşağı olub.

Testosteron kişiləri hazırki situasiyada intuisiyaya əsaslanaraq səhv cavab verməyə məcbur edib. Tesk iştirakçıları verdikləri cavabların səhv olub-olmadığını da yoxlamayıblar.

Alimlərə görə, testosteron insanların düşünmədən etdiyi müxtəlif təhlükəli hərəkətlərin səbəbi ola bilər. Ümumilikdə, bu hormon insanda özgüvəni artırır, lakin böyük səhvlərin edilməsinə də yol açır.

Daha öncəki tədqiqatlarda isə alimlər qadınlarda testosteronun yüksək olmasının dəlillərini açıqlayıblar.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG