Keçid linkləri

Təcili xəbərlər

Alimlər buzlaqları bərpa etməyi düşünürlər


Hələ fevral ayında alimlər Arktikada azalan dəniz buzlaqlarını təkrar dondurmaq üçün 10 milyon (!) nasos quraşdırma planını təqdim etmişdilər. Təqdim edilən ideya o qədər qəribə səslənirdi ki, heç kim onun realizə olunacağını ehtimal belə etmirdi. Lakin İsveçrə alimləri süni qar generatoru vasitəsilə kiçik buzlağın bərpası ilə bağlı pilot layihə buraxıblar.

Əgər komanda İsveçrənin cənub-şərqində kiçik süni buzlağı saxlaya bilsə, mütəxəssislər bu texnologiyanı Morteraç buzlağının xilasında da istifadə etməyi planlaşdırırlar. Bu buzlaq Şərqi Alp dağlarında olan ən iri buzlaqlardan biridir. Lakin buzlaq hərarətin qalxması nəticəsində hər il 30-40 metr azalır. Ona görə bəlkə də Morteraç buzlağını qorumağın yeganə yolu onu minlərlə generatorun köməkliyi ilə yaranan süni qar olacaq.

Alimlər hesab edirlər ki, layihə dünyadakı bütün buzlaqları qorumaqda başlanğıc nöqtəsi ola bilər. Belə bir planlar bir az qondarma kimi görünə bilər, lakin texniki baxımdan buzlaqların bərpası və yoxa çıxan dəniz buzlarını geri qaytarmaq çox realdır.

Bu ilin əvvəlində fizik Stiven Deşin rəhbərliyi altında çalışan bir qrup alim təqdim etdiyi hesabatda bildirib ki, milyonlarla nasoslar su verərək tədricən Şimal Buzlu okeanında 1 metrədək buz qatı yarada bilər. Lakin belə bir işi həyata keçirmək üçün 10 milyona yaxın güclü nasos lazımdır ki, saniyədə 7.5 litr suyu fısqırda bilsin.

Hollandiya Utrext universitetinin mütəxəssisləri hesablayıblar ki, Morteraç buzlağının bərpası məqsədi ilə süni qar yaratmaq üçün 4000-ə yaxın generator lazımdır. Əsas ideya ondan ibarətdir ki, süni qar buzun zəif qatlarına təsir edən günəş işığını əks etdirə bilir. Əlbəttə, bu layihə Arktika buzlaqlarının bərpası kimi möhtəşəm deyil, lakin buna baxmayaraq böyük maliyyə dəstəyinə ehtiyac var.

Ən son yazılan

XS
SM
MD
LG