Keçid linkləri

Təcili xəbərlər

Bir damla qanla xərçəng diaqnostikası


Xərçəng xəstəliyini müəyyən etmək üçün bir qan damlası kifayət edir. Bunu Çinin Sinxua universtitetinin əməkdaşları təsdiq ediblər. Alimlər zülalın yeni süni versiyasını – Hsp90a yaradıblar. Bu zülal 24 il əvvəl insan orqanizmində aşkar edilib və verilən məlumata görə, xərçəngin biomarkeridir.

Zülalı əldə etdikdə alimlər yeni test də icad edə biliblər. Daha sonra isə mütəxəssislər Çində səkkiz xəstəxanada olan 2347 nəfər insanın iştirak etdiyi kliniki testlər keçiriblər. Alimlər qeyd edirlər ki, bu test vasitəsilə ağciyər xərçəngini aşkar edə biliblər. Araşdırmaçıların sözlərinə görə, bu testi xərçəngin digər növlərini müəyyən etmək üçün də istifadə etmək olar. Mütəxəssislərə görə, bu üsul biopsiyadan daha yaxşıdır.

Bundan əlavə, Volatile Analysis şirkəti insanda xərçəngin olub-olmadığını müəyyən edə biləcək saqqız üzərində işləyir. Saqqız insan tüpürcəyində olan orqanik birləşmələri özünə hopdurur. Daha sonra isə bu birləşmələrdə xərçənglə bağlı elementlər axtarır. Bu birləşmələr əsasında həkimlər insanda hansı növ xərçəngin mövcud olduğunu daha yaxşı anlaya biləcəklər.

2015-ci ildə dünyada 90.5 milyon nəfərin bu xəstəlikdən əziyyətdən çəkdiyi qeyd edilib. Təxminən hər il 14.1 milyon yeni xəstələr qeydə alınır.

Xərçəng xroniki xəstəlik olaraq orqanizmdə mövcud olduğu zaman hüceyrələrin anormal böyüməsinə və bədənin əsas toxumalarının məhvinə gətirib çıxarır. Hazırda xərçəngin yüzdən çox növü mövcuddur. Xərçəngin simptomları fərqli olsa da, erkən aşkar edildiyi zaman xəstəliyin müalicəsini daha düzgün və keyfiyyətli etmək mümkün olur. Birləşmiş Krallıq Xərçəng Araşdırma Mərkəzinə görə, xərçəngin dünyada əsasən dörd növü daha geniş yayılıb: ağciyər, qadınlarda döş, bağırsaq və prostat xərçəngi.

Çox hallarda həkimlərə xərçəngi müəyyən etmək üçün biopsiya vasitəsilə nümunəni yoluxmuş toxumadan götürürlər və mikroskop altında bədxəassəli hüceyrənin olub-olmadığını yoxlayırlar. Yeni testin kəşfi və mövculuğu isə xəstəliyin diaqnostikasını asan və daha sürətli edə bilər.

XS
SM
MD
LG