Avtomobil idarə edərkən smartfona gələn zənglər, mesajlar, sosial media bildirişləri sürücülərin diqqətini yayındırır. Bu cür hallar qəza riskini artırır.
Nissan şirkəti sürücülərin, sərnişinlərin təhlükəsizliyi üçün yeni bir sistem hazırlayıb. Sistem sürücüləri avtomobil sürərkən smartfondan uzaq tumaq üçün düşünülüb.
Signal Shield adlanan bölmə avtomobilin qol dayağına yerləşdirilir. Qutuya smartfonu qoyub qapağı bağladıqda cihazın bütün şəbəkə, Bluetooth, Wi-Fi bağlantıları kəsilir.
Smartfondakı musiqiləri dinləmək istədikdə isə sürücü avtomobilin USB və ya Aux portundan faydalanmalıdır.
Qapağı açdıqda smartfon bildirişləri yenidən aktivləşir.
Şirkət bildirir ki, sistem avtomobil sürərkən telefonundan gələn bildiriş səslərini eşitməzdən gəlmək üçün mübarizə aparanlara sadə həlldir.
Statistika göstərir ki, sükan arxasında telefonla məşğul olanların sayı 2014-cü ildən bəri 8 faizdən 31 faizə yüksəlib.
Sistem tam istifadəyə verildikdə ondan nə qədər sürücünün yararlanacağını demək çətindir. Ancaq, şirkətin sürücü və sərnişinlərin güvənliyi üçün nəsə etməyə çalışması müsbət haldır.