Keçid linkləri

Təcili xəbərlər

«Et Si Tu N'existais Pas», «Salut» və… 41 yaşında ölüm...


Joe Dassin
Joe Dassin

Aşpaz, jurnalist, həkim və etnologiya üzrə mütəxəssis olan Jozef Dasseni bütün dünya Co Dassen kimi tanıdı... Məşhur ifaçı söyləyirdi: “Bir çox gənclər kimi mən də həyatda öz rolumu axtarırdım. İnsanların həyatını xilas etmək üçün həkim oldum, professor olmaq da əla idi, insanlara elm öyrədirdim! Ancaq günlərin bir günü anladım ki, səhnədə olmağımla daha çox işə yaraya bilərəm… Elə də oldu. Mən insanlara yardım etmək üçün mahnı yazıram...” Günlərin bir günü Co Dassenin “dost”larından biri ona ifaçılıq sənətini atmağı məsləhət görür. Ancaq nə yaxşı ki, Dassen bu məsləhətə qulaq asmır...

Fransız jurnalistləri daim şəxsi həyatını mediyadan gizli saxladığına, bu barədə hər hansı bir açıqlama vermədiyinə görə, Dasseni ən məşhur və ən naməlum ifaçı adlandırmışdı.

Fransız jurnalistləri daim şəxsi həyatını mediyadan gizli saxladığına, bu barədə hər hansı bir açıqlama vermədiyinə görə, Dasseni ən məşhur və ən naməlum ifaçı adlandırmışdı.

Dassen iki dəfə evli olub. İlk həyat yoldaşı bu sahəyə maraq yaratmaqla yanaşı, Conun ifaçı kimi üzə çıxmasına çox yardımçı olmuşdu. ikinci həyat yoldaşı Kristin Delvyu isə müğənniyə iki gözəl oğul övladı bəxş etmişdi…

Co Dassenin oğlu Jülyen atası barədə söyləyir ki, “Atamın iş otağını bərpa etmişəm, bu onun iş masasıdır. O, saatlarla əyləşib, hansısa mahnının bir sətrini düşünməyə vaxt sərf edə bilərdi. O, işinin dəlisi idi...”

Məşhur fransızın ən böyük arzusu isə həyata keçmədi – o, oğulları ilə duet oxumağı arzulayırdı, lakin bu arzu təəssüf ki, arzu olaraq qalır, ifaçı həyatdan tez gedir, lazım olduğundan da tez… Oğullarının ikisi də böyüyüb və hal-hazırda musiqiçidirlər.

Co Dassen dəhşətli dərəcədə təvazökar və hətta özündən narazı insan idi. “Məşhurluğumdan qorxuram”– deyə ifaçı etiraf edirdi. O, özünə söz vermişdi: “Qırx yaşımdan sonra sənəti atacam və yaşamağa başlayacam...”

41 yaşında ikən Kanndakı konsert zamanı Dassenin ürəktutması olur, bir aydan sonra Taitidə olarkən isə ürəyi dayanır...

Ancaq necə deyərlər, sən saydığını say, gör fələk nə sayır… 41 yaşında ikən Kanndakı konsert zamanı Dassenin ürəktutması olur, bir aydan sonra Taitidə olarkən isə ürəyi dayanır...

Bu gün Co Dassen Fransanın vizit kartlarından biri hesab olunur. O, Nyu-Yorkda anadan olub, məşhurluğu isə Fransada qazanmışdı. Lakin bu məşhurluq onun bədbəxt olmasına heç də mane olmurdu, bəli, o xoşbəxt deyildi. Xoşbəxtlikdən dadmamış da həyatdan gedir...

Dassen xasiyyətcə yumşaq insan idi. Qərarlarında möhkəm deyildi — etnoqraf, aktyor, yoxsa ifaçı olmasını tam qərarlaşdıra bilmirdi.

Co oxumağa Detroytdakı gecə kabaresində başlamışdı. Əvvəl-əvvəl Dassen öz şəxsi ifa tərzini, istiqamətini tapmaqda çətinlik çəkirdi. O, amerikan xalq mahnılarını və fransız şansonunu sevirdi və bu iki istiqaməti sintez etməyə çalışırdı. Diplomunu aldıqdan sonra Dassen Fransaya qayıdır, burada iki filmə çəkilir, lakin bu filmlər ona populyarlıq qazandırmır. Onu da qeyd edək ki, Co hansı dildə — ingilis yoxsa fransız dilində oxuyacağını da uzun müddət qərarlaşdıra bilmirdi. Lakin uzun tərəddüdlərdən sonra o seçimini fransız dilində saxlayır. Publika fransız dildə ifanı böyük coşqu ilə qarşılayır...

İfaçı hesab edirdi ki, mahnılar insanlara problemlərini həll etməkdə yardımçı olmalıdır. Mahnılar sevgi ilə zəngin olmalıdır, məhz bu zaman insanlar pis şeylər barədə bir anlıq olsa da düşünməyəcək...

İfaçı hesab edirdi ki, mahnılar insanlara problemlərini həll etməkdə yardımçı olmalıdır. Mahnılar sevgi ilə zəngin olmalıdır, məhz bu zaman insanlar pis şeylər barədə bir anlıq olsa da düşünməyəcək...

Conun ilk məhəbbəti olan Mariz daim onun yanında idi, bacardığı qədər ifaçıya yardım edirdi. 1966-cı ildə onlar evlənməyi qərara alırlar. Baxmayaraq ki, Dassen evlənmək məsələsində tərəddüd edirdi, o atasının anasını başqa qadına görə atmasını yaxşı xatırlayırdı…

Mariza ilə nikah 10 il davam edir. Zaman keçdikcə münasibətlərdə soyuqluq yaranır, yenicə doğulmuş körpələrinin ölümündən sonra bu münasibətlər sona çatır. Mariza ərinin məşuqəsi olduğunu bilirdi. Bu səbədən o, nikahı xilas etmək barədə düşünmür.

İkinci həyat yoldaşı Kristinlə Co təyyarədə tanış olmuşdu. Kristin sevgilisi ilə yenicə ayrılmışdı deyə kefi yox idi. Co onu sakitləşdirməyə cəhd göstərmişdi, Kristin isə kobudcasına yardımda ehtiyacı olmadığını söyləmişdi. Dassen xeyli təəccüblənmişdi, axı o, ulduz idi, ulduzu necə saymamaq olar?...

Bir müddət sonra onlar yenidən otelin barında rastlaşırlar, bu dəfə söhbət sakit keçir. Onların ilk görüşündən bir neçə ay keçsə də, Co bu sarışın xanımı hələ də unuda bilməmişdi və bu dəfə onu əldən vermək artıq ağılsızlıq olardı...

Onların gizli eşq macərası beş il ərzində müxtəlif ölkələrdə, müxtəlif otellərdə davam edir. Hər şey yaxşı gedirdi, lakin getdikcə Kristin gizli məşuqə rolundan bezir.

Onların gizli eşq macərası beş il ərzində müxtəlif ölkələrdə, müxtəlif otellərdə davam edir. Hər şey yaxşı gedirdi, lakin getdikcə Kristin gizli məşuqə rolundan bezir.

1978-ci ildə onlar evlənirlər. Cütlüyün bal ayı möhtəşəm keçir və tezliklə Kristina Dassen hamilə qalır, yarım ildən sonra Conatan adlı oğul övladı dünyaya gətirir. Az keçmir ki, Co ikinci dəfə ata olur, Jülyen anadan olur.

İlk övladının anadan olmasından sonra 40 yaşı münasibətilə düzənlənmiş ziyafət zamanı Co Dassen tezliklə səhnədən gedəcəyi barədə elan verir. Artıq bütün arzuları həyata keçib — məşhurluq, insanların sevgisi, pullar və ən əsası – ailə. Kristin uşağa baxdığından daha ərini konsertlərində müşayiət edə bilmirdi. Ancaq uşaq onu bir o qədər maraqlandırmırdı, ərini qısqanırdı. O, isterik halda vay-şüvən salır və Conu qastrol səfərlərini yarımçıq qoyub geri qayıtmağa məcbur edirdi. Qadın isterikaları Dasseni dərin depressiya yaşamağa sövq edir və nəticədə, o, içməyə başlayır. Kristin isə sakitliyi narkotikdə tapır və ərini də onlara alışdırır. İkinci uşaq dünyaya gələndən sonra Kristin Conu tərk edir. Səbəb kimi isə ərinin onlara qayğı göstərməməsini göstərir. Artıq hər iki tərəf evliliyin sona çatdığını anlayırdı.

Böyük çıxış öncəsi Kristin uşaqları da götürüb valideynlərinin yanına Ruana gedir. Dassen bu ərəfədə infarkt keçirir, lakin ölmür, Kristini məhkəməyə verir və uşaqları müvəqqəti olsa da, geri alır.

Co qastrol səfərlərini təxirə salır və uşaqları ilə birgə Taitiyə yollanır. Adaya gəldiyi günün sabahısı günorta yeməyinə əyləşərkən, ürəktutmasından vəfat edir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG