Keçid linkləri

Təcili xəbərlər

Gizli amerikan hərbi kosmik gəmisi orbitdən Yerə qayıdıb


X-37B
X-37B

İki il gizli missiyasını həyata keçirən X-37B amerikan eksperimental gizli hərbi kosmik gəmisi 7 may tarixində ABŞ-ın Florida ştatında yerləşən Kennedi Kosmik mərkəzinə eniş edib.

Pilotsuz kosmik gəmi orbitdə 700 gündən çox təcrübələr aparıb. Hərbi şöbədən verilən məlumata görə, gəminin təyinatı - “risklərin azaldılması, təcrübələr aparmaq və yenidən istifadə edilə biləcək kosmik nəqliyyat vasitələrinin yaradılması konsepsiyası”ndan ibarətdir. Hər hansı bir əlavə məlumat verilmir, layihənin qiyməti də həmçinin məxfi saxlanılır.

Bu proqram, Hərbi Hava Qüvvələrinin nəzarəti altında məxfi proqram çərçivəsində indiyədək aparılan sayca dördüncü və uzunmüddətli bir proqramdır.

X-37B – Orbital Test Vehicle və ya OTV ilk dəfə 2010-cu ildə buraxılıb və səkkiz ay sonra geri qayıdıb. İkinci missiya 2011-ci ildə başlanıb və 15 ay davam edib. Üçüncü missiya isə 2012-ci ilin dekabr ayında başlayıb 22 ay sonra isə bitib. Daha öncə üç uçuşun enişi Kaliforniya ştatında yerləşən Vandenberq aviabazasında həyata keçirilib.

Hərbi hava qüvvələri X-37B-nin beşinci missiyasını bu ilin sonunda həyata keçirməyi planlaşdırırlar. Uçuş Florida poliqonunda baş verəcək.

X-37B-nin uzunluğu 8.8 metr, qanad açıqlığı 4.5 metr təşkil edir. Pilotsuz idarə edilən və orbitdən qayıdarkən adi təyyarə kimi eniş etmək qabiliyyətinə malik olan gəminin uçuş kütləsi beş tona yaxındır. Hazırda bu aparatdan cəmi 2 ədəddir.

Ən son yazılan

XS
SM
MD
LG