Keçid linkləri

Təcili xəbərlər

Bazarın ən yaxşı 10 smartfonu


Populyar Android qiymətləndirmə platformalarından AnTuTu hazırda bazarda olan ən yaxşı 10 smartfonun reytinq cədvəlini tərtib edib.

Statistikaya görə, iPhone 7 Plus ilk pillədə qərarlaşıb. iPhone 7 isə reytinq cədvəlində dördüncü yerə düşüb.

Samsung-un yeni flaqmanları Galaxy S8+ və Galaxy S8 yüksək göstəricilərinə görə, iPhone 7 və One Plus 3T-ni geridə qoyaraq, ikinci və üçüncü pillələrə qalxıb.

Bundan əlavə Android və iOS platformalı cihazların ayrıca iki reytinq siyahısı da hazırlanıb.

Android cihazların reytinq siyahısında birinci ikinci pillələrində Galaxy S8+ və Galaxy S8 yer alır. Uzun müddət Android cihazlar arasında ön sırada qərarlaşan OnePlus 3T isə üçüncü sıraya düşüb. Siyahının növbəti yerlərini LeEco Le Pro3, OnePlus 3, LeEco Le Max2, ZTE Axon 7, ASUS ZenFone 3, Moto Z and Xiaomi Mi 5s smartfonları tutur. Xiaomi Mi 6 isə Çin qlobal bazara çıxmadığı üçün hələlik siyahıda yoxdur.

iOS cihazların üçlüyündə isə iPhone 7 Plus, iPad Pro с 9,7 düymlük və iPhone 7 qərarlaşır.

Ən son yazılan

XS
SM
MD
LG