Keçid linkləri

Təcili xəbərlər

Avropa Birliyi qurtuldumu?


İLK DƏFƏ ABŞ YOX, FRANSA

Əgər siyasətə biganə olmayanlardan kimsə desə ki, Fransadakı prezident seçkilərilə heç maraqlanmadım, bilin ki, səmimi danışmır.

Bəli, bəlkə də ilk dəfə idi ki, diqqətlər, məsələn, seçkilər gedən ABŞ-a yox, Fransaya yönəlmişdi.

Bəli, bəlkə də ilk dəfə idi ki, diqqətlər, məsələn, seçkilər gedən ABŞ-a yox, Fransaya yönəlmişdi. Əvvəlcə hamı düşünürdü ki, görən, ikinci tura hansı namizədlər adlayacaqdır, çünki bəlli idi ki, bir turla məsələ həll olunmayacaq.

Artıq ikinci tur da başa çatdı, ilkin nəticələr bəlli oldu. İkinci turun ərəfəsində səslənən proqnozlar təsdiqləndi – Fransa Milli Cəbhəsinin lideri Marin Le Pen prezident ola bilmədi. Onun əvəzinə bu postu digər namizəd – Emanuel Makron tutdu...

Tərəfdarları Makronu ciddi avrofil və ardıcıl atlantist – NATO-nun qatı tərəfdarlarından biri hesab edirlər. Ona görə də güman etmək olar ki, Fransa tərəfdən Avropa Birliyinə daha soyuq küləklər əsməyəcək.

İkinci tura azacıq fərqlə başqa bir namizədin deyil, məhz Marin Le Penin adlaması bir qədər narahatlıq yaratmışdı...

O Le Pen ki, onun təkcə Avropa Birliyinin əleyhdarı olması deyilmirdi, bu qadın namizəd həm də Rusiyanın dəstək verdiyi bir siyasətçi hesab olunurdu.

Bəli, o Le Penin ki, bəlkə də indiki seçkilərə bu qədər maraq məhz elə onun adı ilə bağlı idi. O Le Pen ki, onun təkcə Avropa Birliyinin əleyhdarı olması deyilmirdi, bu qadın namizəd həm də Rusiyanın dəstək verdiyi bir siyasətçi hesab olunurdu. Belə fikirlər səslənirdi ki, ötən il Rusiyanın ABŞ-da fırlatdığı siyasi “ruletka” bu dəfə də Fransada fırlana bilər.

Amma baş tutmadı. İkinci tur da bitdi və hər şeyə nöqtə qoyuldu. Düzdür, bir daha deyirəm ki, ikinci turda Le Penin şansları o qədər də yüksək dəyərləndirilmirdi. Gəl ki, məsəl var, deyirlər ki, şeytan nə ilə zarafat etmir?

NİYƏ MƏHZ FRANSA?

Amma daha yaxşı olardı ki, burada bir suala cavab verməyə çalışaq: Fransadakı seçkilər bizim üçün niyə maraqlı idi? Təbii ki, ilk növbədə Avropa Birliyilə bağlı olduğu üçün – bunu lap əvvəldə dilə gətirdim...

Böyük Britaniyanın İttifaqdan çıxması həm gözlənilməz, həm də gözlənilən idi. Ona görə gözlənilməz idi ki, London Avropa Birliyinin böyük üzvlərindən idi və onun İttifaqı tərk etməsi bütün hallarda təsirsiz ötüşməyəcəkdi....

Məsələ bundadır ki, Böyük Britaniyanın İttifaqdan çıxması həm gözlənilməz, həm də gözlənilən idi. Ona görə gözlənilməz idi ki, London Avropa Birliyinin böyük üzvlərindən idi və onun İttifaqı tərk etməsi bütün hallarda təsirsiz ötüşməyəcəkdi....

Ona görə gözlənilən idi ki, Böyük Britaniyaya Birlikdə həmişə bir dissident ölkə kimi baxırdılar. Bu ölkə daim Birlikdə qalıb-qalmamaq arasında çabalayırdı. Nəhayət, bir gün bu çabalar son həddə çatdı və dumanlı Albion Birliyi tərk etdi.

Təsadüfi deyil ki, “brekzit”in əsas ideoloqlarından biri belə bir fikir demişdi: “Mən ilk dəfə Avropa Parlamentində Britaniyanın Birlikdən çıxmasına çalışacağımı deyəndə bu zalda hamı mənə gülmüşdü. Amma budur, mən dediyimi etdim...”

“Brekzit”dən sonra hamının başı üstündən bir sual asılmışdı: görən, növbəti ölkə hansı olacaq? Fransa seçkilər ərəfəsində olduğundan və bu ölkədə də Birliklə bağlı çox tənqidi fikirlər səsləndiyindən diqqətlər Parisə yönəlmişdi.

Demirəm ki, təhlükə tamam sovuşub. Amma bir az əvvəldə qeyd etdiyim kimi, bu gün üçün real təhlükə sovudşu – Marin Le Pen prezident seçilə bilmədi...

DEMOKRATİYA DAHA QLOBAL TENDENSİYA DEYİLMİ?

Bəs bizim üçün bu Birlik məsələsini maraqlı edən nə idi? Bəri başdan deyim ki, məsələ tək Birliklə bağlı deyildi. Daha bir ölkədə, özü də böyük bir ölkədə “Rusiyanın adamı”nın qalib gəlməsi heç də ürəkaçan perspektiv deyil. Bu, məsələnin bir tərəfidir...

...indiyədək müəyyən bir demokratiya müstəvisi formalaşmış və demokratiya qlobal tendensiyaya çevrilmişdi. İndi belə alınır ki, artıq bundan imtina oluna bilər.

Digər aspektlərə gəldikdə isə, indiyədək müəyyən bir demokratiya müstəvisi formalaşmış və demokratiya qlobal tendensiyaya çevrilmişdi. Burada ölkələrin səyləri inteqrasiya olunur, daim həmin müstəvini genişləndirməyə cəhd edilir, bir qlobal tendensiya kimi demokratiyaya dönməz xarakter verilirdi. İndi belə alınır ki, artıq bundan imtina oluna bilər. Problem də elə, bax, bundadır...

Əgər “Demokratiya hər bir ölkənin öz işidir” deyirlərsə, onda bir çox ölkələrin bəxti birdəfəlik bağlanır. Elə özümüzü də belələrinə aid edirəm və narahatlığım da daha çox bununla bağlıdır. İndiyədək ən azı mənəvi dəstək vardı, hətta müəyyən qədər siyasi dəstək də duyulurdu.

Bunlarsa istər-istəməz bəzi ölkələrdə hakimiyyətlərə çəkindirici təsir göstərirdi, onlar cəmiyyətlərinin üzərinə çox da gedə bilmirdilər. İndi nə olacaq? Əgər Avropa Birliyi laxlayırsa, bu, o demək deyilmi ki, digər institutları da elə həmin aqibət gözləyir?

Təəssüf, bu suallara hələ nə “hə”, nə də “yox” deyilir. Söz yox ki, bu asan məsələ də deyil. Proses hələ bitməyib, heç kim avrosentrik və əks tendensiya arasındakı əsl nisbəti bilmir, hamı gözləmə vəziyyətindədir... Bircə məsələni demək olar ki, Avropadakı inteqrasiya prosesi özünün pik nöqtəsini keçib. Ən azı artıq heç kim genişlənmə haqda düşünmür və daha çox adamı Birliyi necə qoruyub saxlamaq qayğılandırır...

HƏTTA TÜRKİYƏYƏ QARŞI SOYUSALAR DA...

Bəli, bu gün üçün qənaətlər belədir. Hamı daha çox ondan ehtiyat edir ki, proses uzanar və böhran halını alar, çünki Avropa Birliyini bir sistem kimi təsəvvür etsək, demək olar ki, burada həyəcanlanma yaşanır, özü də bu, tək bir seçki ilə bağlı məsələ deyil. Necə deyərlər, cin şüşədən çıxıb və istər-istəməz bütün Avropa ölkələrində siyasi qüvvələr həm də daha bir məsələyə görə, AB-yə münasibətə görə differensiallaşıblar.

...proses hələ çox çəkəcək. Nə etmək olar? Çox təəssüf ki, bəzi kiçik və sərt rejimlərin, dünyanın politoloji leksikonunda “cırtdan diktaturalar” adlanan siyasi sistemlərin bəxti yamanca gətirir.

Ona görə də burada bir daha deyərdim ki, proses hələ çox çəkəcək. Nə etmək olar? Çox təəssüf ki, bəzi kiçik və sərt rejimlərin, dünyanın politoloji leksikonunda “cırtdan diktaturalar” adlanan siyasi sistemlərin bəxti yamanca gətirir. Proseslər sanki onlara işləyir, onlar da bir az da möhkəmlənmək üçün fürsəti heç əldən vermirlər. Bu isə o deməkdir ki, dünyanın gənc demokratiyaları hələ çox sınaqlar yaşayacaqlar...

Təbii, burada başqa etirazlar da ola bilər. Məsələn, kimsə Türkiyə ilə Avropa arasında soyuqlaşan münasibətləri diqqətə gətirə bilər. Amma biz bu prosesə də Birlik daxlindəki böhranın nəticəsi kimi baxırıq, çünki indiki vəziyyətlə kifayətlənmək və cəhdləri daha çox əldə olunmuşların qorunub saxlanmasına yönətməyə çalışmaq da bir növ pərişanlığın və skeptizmin təzahürüdür...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG