Keçid linkləri

Təcili xəbərlər

Kosmik stansiyanı okeanda batırmağa hazırlaşırlar


Beynəlxalq Kosmik Stansiya
Beynəlxalq Kosmik Stansiya

NASA amerikan mütəxəssisləri 2024-cü ilədək Beynəlxalq Kosmik Stansiyasına ayrılan büdcənin kəskin azaldılmasını və həmin məbləği insanın Marsa göndərilməsinə sərf etmənin vacib olduğunu vurğulayan bəyanat yayıblar.

“BKS-in gələcəyi ciddi sual altındadır. Biz stansiyanı 2024-cü ilədək maliyyələşdirməyi planlaşdırırıq, daha sonra isə büdcəni Marsa uçuş layihəsinə yönləndirəcəyik”, deyə NASA-nın baş elmi əməkdaşı Ellen Stofen bildirib.

Belə bir halda, BKS ABŞ tərəfindən maliyyə dəstəyindən məhrum olunarsa, bu stansiyanın sonuna gətirib çıxaracaq. Onun ləğvi ilə bağlı artıq ssenarilər də işlənilir.

Variantlardan birinə əsasən, BKS Rusiya stansiyası olan “MİR”-in taleyini təkrarlayacaq. Başqa sözlərlə desək, orbitdən kənarlaşdırılıb atmosferdə yandırılacaq. Bu halda stansiyanın atmosferdə yanmayan qalıqları dünya okeanına qərq olacaq.

“Bu futbol meydançası qədər nəhəng bir stansiyadır, ona görə ümumi plana əsasən o Sakit okean sularında batırılacaq”, deyə Stofen qeyd edib.

Digər varianta əsasən isə, BKS orbitdə qalacaq və kommersiya uçuşları üçün istifadə ediləcək.

BKS-nın modullarının bir neçə ölkəyə aid olduğunu nəzərə alsaq, stansiyadan yalnız ABŞ-ın istifadə etməyəcəyi bir variant da mümkündür. Bu varianta üstünlük verilərsə, stansiyanın NASA xaric olmaqla, digər modulları sərbəst şəkildə fəaliyyətlərini davam edəcəklər.

BKS fəaliyyətinə 1998-ci ildə 20 noyabr tarixində başlayıb. Orbital stansiya çoxməqsədli araşdırma kompleksidir. Bu layihədə 14 ölkə iştirak edir. ABŞ və Rusiya Federasiyasından əlavə, buraya Fransa, İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Norveç, Danimarka, İsveç, İsveçrə və həmçinin Yaponiya və Kanada da daxildir.

Ən son yazılan

XS
SM
MD
LG