Keçid linkləri

Təcili xəbərlər

Apple Tesla-nı ala bilər


Dünyanın ən böyük beynəlxalq maliyyə holdinqlərindən Citygroup Apple-ın hədəfi hesab etdiyi şirkətlərin siyahısını açıqlayıb. Bunların içərisində Tesla, Walt Disney, Hulu, Netflix, Take Two Interactive Software şirkətləri var.

Ekspertlər bildirirlər ki, şirkətin Tesla, Netflix və Disney-i almaq ehtimalı daha çoxdur. Digər hədəflər arasında video oyunlar hazırlayan Activision Blizzard və Electronic Arts da var.

Apple-ın Tesla-nı bir müddətdir diqqətdə saxladığı bildirilir. Şirkəti satın almaq elektromobil istehsalını, bazara çıxarılmasını sürətləndirə bilər. Bundan əlavə, Apple-ın sürücüsüz avtomobil texnologiyalarını inkişaf etdirməsində də Tesla-nın rolu ola bilər. Ilom Mask (Elon Musk) da sürücüsüz səyahətə imkan verən sistemlər hazırlayır. Şirkəti almağa digər səbəb isə litium ion batareyalar istehsal edən Gigafactory-nin tikilməsi ola bilər.

Apple-ın Disney-i satın almaqdan 20 faiz, Netflix-dən isə 7 faiz gəlir əldə edə biləcəyi düşünülür. Analitiklər hesab edirlər ki, hissə qiymətlərində 20 faiz artım yaradan şirkət nəğd vəsaitin bir qismini yatırımlara yönəldəcək.

Apple idarəçiləri medianın bu mövzuyla bağlı sorğusuna cavabda vergi reformunda nələr ola biləcəyini spekulyasiya etməyin çətin olduğunu, buna görə də qəti bir şeyin demək mümkün olmadığını bildiriblər.

Ən son yazılan

XS
SM
MD
LG