Britaniya mütəxəssislərinin keçirdiyi yeni araşdırmada 2000 nəfər iştirak edib. Sorğunun nəticələrinə görə, respondentlərin üçdən biri internətə qoşulmaq üçün barmağından imtina etməyə hazırdır. 75 faiz qadın və 64 faiz kişi olan iştirakçılar isə şəbəkəyə çıxış üçün spirtli içkilərdən imtina etməyə hazır olduqlarını bildiriblər.
34 faiz respondent mərkəzi istilik sistemini internetə dəyişməyə hazırdır. Təxminən hər beşinci könüllü internetə görə yuyunmamağa hazır olduğunu bildirib. Daha çoxları isə interneti dost və doğmaları ilə görüşə qurban verməyə hazırdır. 65 faiz respondent sevdiyi meyvələrdən, 64 faiz isə fiziki çalışmalardan imtina edə biləcəklərini söyləyiblər.
Başqa bir sorğudan alınan cavablara görə isə insanların internetə spirtli içkilər, şokolad və seksdən daha çox ehtiyacı var. 40 faiz iştirakçı Wi-Fi-ın onların günlərinin tərkib hissəsi olduğunu bildirib. Sorğunun nəticələrinə görə, respondentlərin 37 faizi - seks, 14 faizi - şokolad, 9 faizi isə alkoholun onların gündəlik həyatının tərkib hissəsi olduğunu bildirib.