Keçid linkləri

Təcili xəbərlər

Uşaqlar üçün ödəmə kartı tanıdılıb


Amerika startapı Current uşaqlar üçün Visa ödəmə kartını təqdim edib.

Bu kart, valideynlərin uşaqlarının xərclərini izləməsinə və onlara pulu idarə etməyi öyrətməsinə imkan verəcək.

Kart digər plastik ödəmə kartlarından fərqlənmir, bütün özəllikləri daşıyır. Əlavə olaraq, geniş funksionallığı olan iOS və ya Android üçün xüsusi mobil proqrama bağlıdır.

Proqramla valideynlər karta həftəlik pul transfer edə və bu pulu nəyə xərcləməyi təlimatlandıra bilər.

Bundan əlavə, valideynlər xərclərə nəzarət edə, qənaət üçün məhdudlaşdıra da bilərlər. Proqramla bəzi məkanlarda (barlar, otellər, kazino və s) ödəmələrə qadağa da qoymaq olar.

Uşaqlar həm də qənaət edib saxladıqları puldan xeyriyyə qurumlarına köçürmələr də edə bilərlər.

Startapın qurucusu Stuart Sopp bildirir ki, ideya ona öz valideynlik təcrübəsindən gəlib. 17 il treyder və menecer kimi çalışan Sopp, maliyyə intizamı üçün qızının da faydalana biləcəyi bir vasitə hazırlamaq qərarına gəlib.

Proqramın istifadəsi asandır, istənilən bank hesabı və ya kredit birliyi ilə çalışır. Valideynlər bir neçə saniyədə quraşdırıb, sadə addımlarla xidmətin bütün imkanlarından faydalana bilər.

Hazırda Current ABŞ ərazisində aktivdir. Ancaq, digər ölkələrin bankları ilə də danışıqlar aparılır. Xidmət haqqı aylıq 5 dollar, illik 36 dollar və ya iki illik 48 dollar nəzərdə tutulub.

Ən son yazılan

XS
SM
MD
LG