Keçid linkləri

Təcili xəbərlər

Tənqidin gözəlliyi


Üç il öncə Azərbaycandakı hazırki rejimin ən sərt tənqidçilərindən olmuş, bu səbəbdən də sonda məmləkətiı tərk etmək məcburiyyətində qalmış şair Məmməd İsmayıl söhbətlərimizin birində maraqlı bir tarixi fakta toxunmuşdu. Bunu nə vaxtsa yazmışam, yenidən təkrarlamaqda fayda var.

Yunan şairlərindən Katul dövrünün hökmdarı Sezar haqqında öldürücü satiralar yazırmış, Sezar isə buna görə əsla inciməz və qəzəblənməzmiş.

Yunan şairlərindən Katul dövrünün hökmdarı Sezar haqqında öldürücü satiralar yazırmış, Sezar isə buna görə əsla inciməz və qəzəblənməzmiş. Əksinə, Katulu saraya – kef məclislərinə dəvət edər, haqqında öldürücü satiralar yazan şairlə bu yazdıqlarına əsla eyham vurmadan həvəslə söhbət edərmiş.

Bu, Sezarın özü haqqında tənqidlərə insani münasibəti ilə bağlı yeganə fakt deyil. Nə vaxtsa oxumuşdum ki, hərbi səfərlər zamanı hətta döyüşçüləri belə, Sezar haqqında yüksək səslə satirik mahnılar ifa edərlərmiş, Sezar da bunu yalnız təbəssümlə qarşılayarmış. Səbəb aydındır: o, öz zəkasına hədsiz inanır və güvənir, döyüşçülərinin sədaqətinə isə əsla şübhə etməzdi.

Təsəvvür edin, bütün bunlar iki min il öncə baş verirdi.

Bu gün – hansı ki, təqvim XXI yüzili, 2017-ci ili göstərir, biz yaşadığımız ölkədə nələrin şahidi oluruq?

Tənqidə həbslə qarşılıq verilir.

Tənqid işsizliklə, mühacirətlə assosiasiya olunur.

Tənqid qondarma ittihamlar üzərində qurulmuş məhkəmələrlə, “vətən xaini”, “xalq düşməni” kimi 37-ci il qoxuyan suçlamalarla qarşılanır.

***

Bəşəriyyətin ibtidai icma quruluşundan bu günlərə - bir zamanlar kimsənin xəyalına belə gətirməyəcəyi elmi, texnoloji icadlar çağına gəlib çıxmasının üç təməl ünsürü var.

...Bunun biri şübhəçilik, dolayısı ilə inkardır. Digəri tənqiddir. Çünki hər ikisi həqiqəti ortaya çıxarmaq, insanlıq adına doğru yolu bulmaq üçün geniş meydan açır.

Bunun biri şübhəçilik, dolayısı ilə inkardır.

Digəri tənqiddir.

Çünki hər ikisi həqiqəti ortaya çıxarmaq, insanlıq adına doğru yolu bulmaq üçün geniş meydan açır. Mübahisələrə, polemikalara, dartışmalara rəvac verir və sonunda bizə hansı yolla yürüməli olduğumuzu göstərir.

Bu bəlli gerçəyi görməzdən gələrək, hamıdan eyni cür düşünməyi, hər kəsdən yalnız və yalnız tabe olmağı, biət etməyi, yalmanmağı tələb edərək uğur qazanmaq mümkünsüzdür.

Sizi fərd olaraq da, toplum olaraq da irəliyə daşıya, yüksəlişə apara biləcək ən böyük güc inkara dözümlü, tənqidə sayğılı olmağınızdır.

Sizi kimi düşünməyənləri dinləməyiniz, hətta razılaşmasanız belə, onlara qarşı xoşgörülü davranmanızdır.

Özünüzə və ölkənizə, beləliklə də, bütün insanlığa yalnız bu halda böyük yaxşılıq etmiş olarsınız.

***

Bir anlıq dönüb bəşəriyyətin keçmişinə baxaq.

Tənqid və inkar edənlərin aqibəti üç aşağı, beş yuxarı eyni olub. İnkivizisiya məhkəmələri, dar ağacları, tonqallar, zindanlar, sürgünlər.

İnsanlığın keçmişi yalnız qeyd-şərtsiz inananlardan, tabe olanlardan, sorğulamayanlardan, şübhə etməyənlərdən ibarət olsaydı, bu gün biz elmin və texnolojinin indiki yüksəlişinə şahid ola bilərdikmi?

Ancaq əlahəzrət zaman sonda kimləri haqlı çıxarıb?

Sonda kimlər öz adlarını tarixin qızıl səhifələrinə yazmağı bacarıb?

Ən əsası, bu tənqidlərdən, inkarlardan kim uduşlu çıxıb? Bu tənqidlərsiz, inkarlarsız bu gün bəşəriyyət harada, hansı durumda olardı?

İnsanlığın keçmişi yalnız qeyd-şərtsiz inananlardan, tabe olanlardan, sorğulamayanlardan, şübhə etməyənlərdən ibarət olsaydı, bu gün biz elmin və texnolojinin indiki yüksəlişinə şahid ola bilərdikmi?

İnanın, tənqidçiliyin və inkarçılığın yol açdığı mübahisələrsiz, polemikalarsız bir bəşəriyyət hələ də vəbadan qarışqa kimi qırılmağa davam edirdi. Hələ də mağaradan çıxa bilməmişdi, hələ də bütlərdən mədət umur, hələ də göylərdən xilas gözləyir, hələ də Boingdə uçmaq yerinə, uçan xalçalar haqqında nağıllar uydururdu.

Bu gün hər şey bir yana, həyatımız adi məişət məsələlərində belə xeyli yüngülləşibsə, az qala bütün dünyanı əl boyda bir cihaz sayəsində cibimizdə gəzdirə biliriksə, bunun yeganə səbəbi insanlığın ibtidadan indiyədək topladığı tənqidçi və inkarçı təcrübədir.

... fərqli düşünməyi, şübhələnməyi, sorğulamağı, tənqid etməyi düşmənçiliklə eyniləşdirməkdən əl çəkmək lazımdır. Belələri ilə zor, zopa dili ilə danışmaq yerinə, onların çoxalmasına çalışmaq lazımdır.

Ona görə də fərqli düşünməyi, şübhələnməyi, sorğulamağı, tənqid etməyi düşmənçiliklə eyniləşdirməkdən əl çəkmək lazımdır.

Belələri ilə zor, zopa dili ilə danışmaq yerinə, onların çoxalmasına çalışmaq lazımdır.

Ki, sonda özümüz üçün də, ölkəmiz üçün də, bütün insanlıq üçün də yaxşısı və xeyirlisi nədirsə, o baş versin.

Əgər bu sizin arzularınıza daxil deyilsə, başqa məsələ - tərifə aludə olmağa, yaltağı baş tacı etməyə davam edin.

Sadəcə, unutmayın ki, “tərif - ondan zövq alanlara zərər verməkdən başqa bir işə yaramaz” (Jan Jak Russo).

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG