Keçid linkləri

Təcili xəbərlər

Roma papası alimləri bir yerə yığır


Vaxt gedir, insanların da fikirləri, münasibətləri gedən vaxtla dəyişir. Əgər nə vaxtsa sizi kosmos və Yer kürəsinin forması haqda söhbətlərə görə sərt cəza verərdilərsə, hazırki dövrdə elmi faktlara qarşı getmək günü-gündən daha da qəlizləşir. Xüsusən Roma-katolik kilsəsinin Böyük partlayışın reallığını qəbul etdikdən sonra, bunu Vatikanın da rəsmiləri anlayır və qəbul edir. İndi isə kahinlər çox gözəl anlayırlar ki, onların qarşısında çətin bir məsələ dayanıb: din və elmin qarşılıqlı əlaqəsini daha da gücləndirmək. Məhz buna görə astronomiya və təkamülü öyrənən aparıcı alimlər Vatikana dəvət edilib.

Roma papası Fransisk, elm aləminin nümayəndələrinin köməkliyi ilə Böyük partlayışın mahiyyətini və onu maraqlandıran suallara cavab tapacağına ümid edir. Konfransa dünyanın hər nöqtəsindən səfər edəcək astrofiziklər Vatikan rəsədxanasında qara dəlikləri, qravitasiya dalğalarını və zaman məkanındakı qeyri-adilikləri müzakirə edəcəklər. Konfrans bir həftə davam edəcək. Bu, Katolik kilsəsinin elm aləminə atacağı ilk addım olacaq.

2014-cü ildə Roma papası Fransisk bəyan etmişdi ki, “Tanrı – sehrli çubuğu olan bir sehrbaz deyil, təkamül və Böyük partlayış isə realdır”. Konfrans zamanı belçikalı katolik keşişi və astronomu olan Corc Lemetrın (George Lemaitre) xatirəsi anılacaq. Onun ötən əsrin ortalarında kilsə və elmin bir araya gəlməsində böyük əməyi keçib. Vatikan rəsədxanası kilsənin elmə düşmən münasibətini aradan qaldırmaq üçün 1891-ci ildə Roma papası olmuş Leo XIII tərəfindən yaradılıb.

Ən son yazılan

XS
SM
MD
LG