Keçid linkləri

Təcili xəbərlər

Hindistanın surroqat anaları


Son zamanlar dünyanın kasıb ölkələrindəki sosial problemlər barədə sənədli filmlərə çox baxıram. Dünyada bizim bilmədiyimiz, özümüzdən yan keçən nə qədər problem varmış, heyrətə gəlirəm. Məsələn, Salvadorda, Venesuelada quldurluq, cinayətkarlıq səviyyəsi, Afrikada su, yemək problemi, dünyanın onlarla ölkəsində səfalətin dərəcəsi. Hətta xeyli düşündüm ki, nə əcəb AzTV belə ölkələrdən verilişlər edib, insanlarımıza başa salmır ki, əslində biz istər iqlim, istər dinclik, istər də madi rifah sarıdan necə gözəl bir regionda yaşayaraq, tanrımıza təpik atırıq. Çox məsuliyyətsiz hərəkətdir adıçəkilən qurum tərəfindən, istər məlumatsıqlıqdan, istər laqeydlikdən olsun, bu imkandan istifadə etməmələrini onlara bağışlamaq olmaz.

...mənə ən təsir edənlərdən biri di surroqat analar barədə “Sıfır nömrəli ana” sənədli filmi oldu. Daha sonra bu filmlə kifayətlənməyib, bu mövzuda digər şeylər də izlədim.

Bu sənədli filmlər arasında mənə ən təsir edənlərdən biri di surroqat analar barədə “Sıfır nömrəli ana” sənədli filmi oldu. Daha sonra bu filmlə kifayətlənməyib, bu mövzuda digər şeylər də izlədim.

Dünyanın ən ucuz surroqat ana mərkəzlərindən biri də Hindistandadır. Bura müxtəlif ölkələrdən gələn cütlüklər 5, 8, uzaqbaşı 10 min dollara surroqat ana kirayələyir, uşaqlarını dünyaya gətirirlər. Pula görə surroqat ana olmaq istəyən qadınların sayı olduqca çoxdur. Hamısı da əri, qardaşları ilə gəlir ki, baxın, doktor, ailəmdə bütün kişilər razıdır surroqat ana olmağıma, məni götürün. Elə qadın var ki, üçüncü dəfədir surroqat ana olur. Bu pulu alıb ərlərinə rikşa (taksi) alan, torpaq sahəsi alan, ev alan qadınlar var. Kasıbçılıq o həddədir ki, surroqat analığa rəsmən xilas kimi baxırlar.

Uşaq bətninə qoyulan gündən doğana qədər onlara klinikanı tərk etmək qadağandır. Əvvəllər belə qayda yoxmuş. Sonra çoxlu düşük halları olur, hamiləlik yarıda qırılır. Çünki ailələri hamilə hamilə onları ağır işlərə göndərirmişlər, ərləri cinsi əlaqə zamanı kobud davranırmış, buna görə də hamiləlik yarıda qırılır, müştərilərin xərci batır, həm də surroqat analar alacaqları ödəmədən məhrum olurmuşlar. Bəzən isə surroqat ananın yeməyi çox keyfiyyətsiz olur, yedikləri zərərli şeylər bətnlərində körpəyə ziyan vururmuş.

Buna görə də klinikalar qərara gəlir ki, surroqat anaları burda saxlasın və hər gün hamiləliyi nəzarət altında saxlasın. Yanına gəlib-gedənlərin sayı minimuma endirilir...

Buna görə də klinikalar qərara gəlir ki, surroqat anaları burda saxlasın və hər gün hamiləliyi nəzarət altında saxlasın. Yanına gəlib-gedənlərin sayı minimuma endirilir, kənarda gələn yeməklə qidalanmaları qadağan edilir.

Surroqat analar klinikada gündə 5 dəfə, xüsusi balanslı rasionla qidalanır. Telefondan ancaq danışmaq üçün istifadə etməyə icazə verilir. Onlara izah edilir ki, özlərini ev qayğılarından, stressdən uzaq tutsunlar, çünki bətnlərindəki körpə tələf olsa, pul ala bilməyəcəklər.

Surroqat anaların inanılmaz kasıblığı bu prosesdə onlara kömək olur. Həkimlər uşağın onların deyil, başqalarına aid olduğunu qadınlara izah etməkdə heç bir çətinlk çəkmirlər. Çünki bu qadınları uşaq qətiyyən maraqlandırmır. Onlar ancaq indi evlərində yarıac-yarıtox analarını gözləyən doğma uşaqlarını xilas edəcək məbləği düşünürlər. Onlar bu pulla edəcəkləri işlərin xəyalları ilə yaşayırlar. Ev alacaqlar, ərlərinə taksi alıb, gələcəklərini siğortalayacaqlar, uşaqlarından heç olmasa birini oxudacaqlar, o da qazanıb bacı-qardaşlarını saxlayacaq.

Bəzən aralarında uşağa qarşı nəsə hiss edəni olsa da, heç biri uşağı verməmək barədə düşünmür belə, həkimə deyirlər ki, mənim yanımda ac qalacaq, amma öz valideynlərinin yanında adam kimi yaşayacaq.

Bəzən aralarında uşağa qarşı nəsə hiss edəni olsa da, heç biri uşağı verməmək barədə düşünmür belə, həkimə deyirlər ki, mənim yanımda ac qalacaq, amma öz valideynlərinin yanında adam kimi yaşayacaq.

Yaxınları bu qadınların surroqat ana olmalarına pis baxmır. Əksinə, belə bir imkanı hamı arzulayır və surroqat analara əldə edəcəkləri gəlirə görə həsəd aparırlar. Bu işi görən həkimlərə isə həm surroqat analar, həm onların ərləri, həm də digər insanlar allah kimi, xilaskar kimi baxırlar.

İşin maraqlı tərəflərindən biri də budur ki, bəzən qadınlar bu uşağın əslində onlara heç bir dəxli olmadığını heç bilmir, surroqat analığın nə olduğunu da tam anlamırlar. Onlar elə bilir ki, həkimlər onları mayalandırır, bunlar da özləri uşaq doğub, başqalarına verirlər. Bəzən qohumlardan, tanışlardan neçə uşağın var deyə soruşanlara isə belə cavab verirlər:

- 3 dənəsi özümündü. 2 uşağımı da başqa ailəyə vermişəm...

Onlar bunu bir qram kədərlənmədən, faciəyə çevirmədən deyirlər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG