Keçid linkləri

Təcili xəbərlər

Amerikan yeniyetmə “kofeinli içkilərin sürətli istifadəsindən” ölüb


ABŞ-ın Cənubi Karolina ştatında 16 yaşlı Devis Allen Krip Mcdonalsda latte qəhvə içdikdən sonra, tərkibində kofein olan Mountain Dew və enerji içkisi qəbul edib. İçkilər 2 saatdan az fasilə verilərək qəbul edilib.

Krip sinifdə huşunu itirərək yerə yıxılıb və elə orada da dünyasını dəyişib. Lakin həkimlər təkid edirlər ki, yeniyetmə hansı sayda kofeinin qəbul etməsindən yox, məhz onu çox qısa zamanda qəbul etidyindən ölüb.

Bölgə nümayəndəsi Qeri Uottsun (Gary Watts) sözlərinə görə, rəsmi olaraq yeniyetmənin ölüm səbəbi kimi ürək aritmiyası göstərilir. Uotts onu da qeyd edib ki, Krip sağlam və 90 kq çəkidə olub. Devisin tibbi ekspertizasından sonra məlum olub ki, onun diaqnoz olunmamış ürək xəstəlikləri olmayıb və Devis kofeinin istifadəsi ilə bağlı yarana biləcək mənfi təsirləri olmayıb. Orqanizmdə həmçinin narkotik maddə və ya spirtli içki də aşkar edilməyib.

Devisin içdiyi lattedə 142 mq, Mountain Dew-da 90 mq, enerji içkisində isə 240 mq kofein olub.

Amerika Pediatriya Akademiyası tövsiyyə edir ki, 12-18 yaşarası yeniyetmələr gün ərzində 100 milliqramdan artıq kofein qəbul etməməlidirlər. Daha yaşlı insanlar isə yan effekt olmadan gün ərzində 400 milliqram kofein qəbul edə bilərlər. Bu isə 4-5 stəkan qəhvəyə bərabərdir. Pediatriya akademiyası isə tərkibində kofein olan içkilərin qəbulu arasında nə qədər fasilə olması haqda heç bir söz demir.

Əgər baş ağrısı, yuxusuzluq, həyəcan, sinir, yorğunluq, mədədə narahatlıq, sürətli ürək döyüntüsü kimi hallar yaşayırsınızsa, qəbul etdiyiniz tərkibində kofein olan içkilərin sayına diqqət yetirin.

XS
SM
MD
LG