Keçid linkləri

Təcili xəbərlər

Dünyanın ən yaxşı saxlanmış dinozavrı göstərilib


Kanadanın Royal Alberta Muzeyində dinozavrların sərgisində yaxşı qorunmuş bir dinozavrın qalıqları təqdim olunub.

Olduqca yaxşı mumyalanmış dinozavrın yaşı 110 milyon il qiymətləndirilir. Qalığın ağırlığı 1.3 ton, uzunluğu 5.5 metrdir.

National Geographic-in araşdırmaçısı Kaleb Braun (Caleb Brown) bildirir ki, bu sadəcə skelet deyil, dinozavr olduğu kimi qalıb. Bundan əvvəl dinozavrların skeleti tapılırdı və onun görünüşü təxmin edilirdi.

Nodozavrın sellə dənizə gəldiyi təxmin edilir. Batdığında sürətlə çöküntü ilə əhatə olunub. Tez basdırıldığı üçün heç bir şey çürüməyə səbəb ola bilməyib. Qalıqlaşmamışdan öncə parçalanmağı da mümkün olmayıb.

Qalıq milyon illər sonra Albertanın qumlarında tapılıb. 2011-ci ildə qazıntılar zamanı bir mədənçi onu üzə çıxarıb.

Tapıntı muzeydə bu günə qədər saxlanılan zirehli dinozavrlardan ən yaxşı saxlanılanı və ən qədimidir.

Ən son yazılan

XS
SM
MD
LG