Keçid linkləri

Təcili xəbərlər

Beş dəqiqəyə enerji yığan akkumulyatorlar


İsrail şirkəti StoreDot bu günlərdə Almaniyada keçirilən texnologiya forumu Cube Tech Fair-də Flash Battery texnologiyası ilə hazırlanmış yeni məhsulunu tanıdıb.

Bu texnologiya ilə hazırlanan yeni akkumulyatorlar beş dəqiqə içərisində enerji yığır.

Əvvəllər İsrail mütəxəssisləri smartfonlar üçün sürətli enerji yığan batareyalar tanıtmışdılarsa, Almaniyada ilk dəfə elektromibillər üçün bu tip akkumulyatoru təqdim ediblər.

Şirkətin mütəxəssisləri bildirirlər ki,akkumulyatorlar indi təhlükəsizlik baxımdan da yüksək səviyyədədir. Onlar yuxarı temperaturlu alovlanmalara davamlı materiallardan hazırlanır.

Flash Battery texnologiyası ilə hazırlanmış akkumulyatorlar tutum baxımdan da geri qalmırlar. Bir dəfə yığılan enerji 500 km məsafəyə bəs edir.

Yenilikçi akkumulyatorların növbəti üç il ərzində mərhələli istehsalı nəzərdə tutulur.

Bu texnologiya ilk dəfə 2015-ci ildə Las Veqasda tanıdılıb. Şirkət həmin vaxt beş dəqiqəyə dolan smartfon batareyalarını təqdim edib. Bu batareyaların kütləvi istehsalı gələn il planlaşdırırlır.

Ən son yazılan

XS
SM
MD
LG