Keçid linkləri

Təcili xəbərlər

Kosmosda dəfn mərasimləri


İnsan külünü kosmosa göndərmək kimi qəribə bir arzu artıq reallığa çevrilib. Böyük pulların sayəsində artıq kosmik qəbirstanlıqda özünüzə və ya qohumlarınıza “yer” bron edə bilərsiniz.

İnsan qalıqlarını orbitə aparacaq start-ap İlon Maskın (Elon Musk) SpaceX raket daşıyıcılarının vasitəsilə buraxılacaq. Özünü “Memorial Kosmik Uçuşlar” həyata keçirən şirkət kimi təqdim edən Elysium Space öz yükünü Spaceflight missiyası çərçivəsində SpaceX Falcon 9 vasitəsilə aparacaq.

Bu, nadir hallardan biridir ki, hər hansı bir şirkət kəşfiyyat və ya rabitə üçün kosmosa peyk deyil, Yerdə kremasiya olunmuş insanların küllərini oraya aparacaq. Bir çoxları belə bir prosedurların xəstə ideya olduğunu qəbul etdiyi bir vaxtda, amerikan şirkəti “kosmik dəfn mərasimi” hesabına xeyli pul qazanır.

İlk və müstəsna olaraq yalnız “memorial” kosmik gəmini Elysium Star II-ni 2017-ci ilin sonunda buraxmaq planlaşdırılır. Şirkətdə qeyd edirlər ki, gəmidə artıq küllə dolu olan konteyner üçün 100 ədəd “yer” bronlaşdırılıb. Buna baxmayaraq, 2490 dollar dəyəri olan “yer”lərin sifarişləri hələ də qəbul edilir.

Kosmik ritual agentliklər də biznesin bir növüdür ki, burada da rəqabət çox güclüdür. Lakin digərlərindən daha da irəli gedən Astrobotic şirkətinin menecerləridir. 26 min dollar dəyərində avtomotik stansiya kiçikölçülü - bir neçə santimetr olan konteyneri Aya da apara bilər.

Ən son yazılan

XS
SM
MD
LG