Keçid linkləri

Təcili xəbərlər

İdman ölkəsi olmaqla bağlı tərəddüdlər...


BUYURUN, BİZ DƏ GÖRDÜK

Bizi qınayırlar ki, guya, ölkədəki “möhtəşəm” uğurları görmürük və onları yazılarımızda qeyd etmirik. Elə ona görə də lap əvvəlcə İslam oyunlarının pozitiv tərəflərini qeyd edəcəm.

Bəli, 54 ölkəni böyük bir idman tədbirində bir araya gətirmək, ölkəni təbliğ etmək... Səmimi şəkildə etiraf edirəm ki, İslam Həmrəyliyi oyunlarını düşünərkən elə mənim də ağlıma gələn ilk cümlə bu olur.

Bəli, 54 ölkəni böyük bir idman tədbirində bir araya gətirmək, ölkəni təbliğ etmək... Səmimi şəkildə etiraf edirəm ki, İslam Həmrəyliyi oyunlarını düşünərkən elə mənim də ağlıma gələn ilk cümlə bu olur.

Təbii ki, böyük hadisədir. Qeyd etməyə də dəyər. Xüsusən də yada salanda ki, bir-iki il bundan əvvəl ölkədə Avropa Oyunları da keçirilmiş və böyük auditoriya toplaşmışdı, onda bir az da qürurlanırsan, çünki həm İslam, həm də Qərb dünyasını əhatə etmək kiçik iş deyildir...

QÜVVƏT ELMDƏDİR

Amma başqa suallar da qayğılandırır məni. Nədənsə həmin oyunlar və ölkənin idmana verdiyi böyük önəm haqqında düşünərkən başqa fikir və suallar da məni öz ağuşuna alır.

Heç özüm də bilmirəm ki, necə oldu ki, yadıma bir vaxt oxuduğum “Ağ zanbaqlar” kitabından bəzi məqamlar düşdü...

Həmin kitabda bir sıra mətləblər kimi bir vaxtlar fin gənclərinin futbola necə aludə olmasından da bəhs edilirdi. O vaxt Finlandiyanın ziyalıları bunu böyük narahatlıqla qarşılamış və insanlara belə fikir aşılamağa çalışmışdılar ki, Finlandiyaya təkcə güclü ayaqlar və ya biləklər deyil, həm də güclü beyinlər lazımdır.

Həmin kitabda bir sıra mətləblər kimi bir vaxtlar fin gənclərinin futbola necə aludə olmasından da bəhs edilirdi.

O vaxt Finlandiyanın ziyalıları bunu böyük narahatlıqla qarşılamış və insanlara belə fikir aşılamağa çalışmışdılar ki, Finlandiyaya təkcə güclü ayaqlar və ya biləklər deyil, həm də güclü beyinlər lazımdır.

Elə mən də, qeyri-təvazökarlıq olmasın, ölkədə biri-birini əvəz edən və biri qurtarmamış digəri başlayan idman tədbirləri haqqında fikirləşərkən bu məqamda ilişib qaldım...

Bəlkə də mübahisəli görünəcək, amma mənə də elə gəlir ki, Azərbaycana da ilk növbədə güclü beyinlər lazımdır. Bəli, ilk fəxri yerləri tutan idmançılara böyük maddi mükafatların nəzərdə tutulması yaxşı haldır. Bu adamlar – idmançılarımız ölkəmizi şöhrətləndirirlər və buna görə də yaxşı mükafatlandırılmalıdırlar. Necə deyərlər, alacaqları pullar halalları olsun...

Amma mənə qalsaydı, həmin pullara gənclərimizi dünyanın böyük elm mərkəzlərinə ezam edərdim. Qoy, gedib elm öyrənsinlər və ölkəni təbliğ-təşviq etsinlər.

Mən düşünmürəm ki, Albert Eynşteyn yəhudi xalqını və yaxud bəşəriyyəti hansısa böyük idmançıdan az şöhrətləndirmişdi. Üstəlik, burada söhbət təkcə zahiri effektlərdən, şöhrətdən–filandan getmir, güclü elm güclü iqtisadiyyat və ya sənaye deməkdir, inkişaf deməkdir. Güclü iqtisadiyyat isə güclü dövlət və güclü millət kimi anlaşılır.

İnanın, hər il Nobel mükafatları təqdim olunarkən şəxsən mən bəşəriyyətə aid olduğumdan qürur duyuram. Həm də dünya artıq bir elm dünyasıdır və böyük Nizaminin “Qüvvət elmdədir...” sözləri indi heç vaxt olmadığı qədər aktualdır.

İnanın, hər il Nobel mükafatları təqdim olunarkən şəxsən mən bəşəriyyətə aid olduğumdan qürur duyuram. Həm də dünya artıq bir elm dünyasıdır və böyük Nizaminin “Qüvvət elmdədir...” sözləri indi heç vaxt olmadığı qədər aktualdır.

Tək bircə məsələni deyəcəm. Hazırda dünyada kiber–mübarizə gedir, kiber–təhlükəsizlik məsələləri önə çıxır.

İndi hər bir dövlətin bütün vacib resursları kompüterin beynindədir. Ona görə də onları qorumaq zərurəti yaranır. Bunu isə yalnız müasir elm sayəsində etmək mümkündür.

Bizdə hər şeyi bayağılaşdırmaq adəti var. Məsələn, informasiya təhlükəsizliyi deyəndə məmurlarımızın ağlına dərhal hakimiyyəti azacıq tənqid edən saytların bloklanması düşür. Amma informasiya təhlükəsizliyi və yaxud da kiber–mədəniyyət yalnız budurmu? Gülməli deyilmi?

GƏNCLƏR ELMƏ NİYƏ HƏVƏS GÖSTƏRMİR?

İndi gənclərin elmə marağı azalıb. Səbəbi də bəllidir. Elmlər doktoru dərəcəsini demirəm, adi fəlsəfə doktoru dərəcəsi almaq üçün minimum 20 il fasiləsiz oxumaq lazım gəlir. Gənc düşünür ki, iyirmi il oxuyub 300 – 350 manat maaş alacamsa, buna heç dəyərmi? Və nəticə etibarilə belə düşünməkdə onlar elə doğrudan da haqlıdırlar.

Ölkədə belə bir yanlış fikir formalaşıb ki, guya elmin vətəni yoxdur və istedadlı gənc bir yol taparaq gedib ABŞ-da, Avropada da çalışa bilər. Di gəl, kökündən yanlış yanaşmadır.

Ölkədə belə bir yanlış fikir formalaşıb ki, guya elmin vətəni yoxdur və istedadlı gənc bir yol taparaq gedib ABŞ-da, Avropada da çalışa bilər. Di gəl, kökündən yanlış yanaşmadır. ABŞ-da, Avropada çalışan gənc xeyri də həmin ölkələrə verəcək. Azərbaycan kimi ölkələrsə həmişə geridə qalacaq...

Məsələn, mənə qalsaydı, beynəlxalq fənn olimpiadalarının qalibləri, gənc alimlər üçün təqaüdlər təsis edərdim, çünki millətin gələcəyi məhz onlardan asılıdır. Amma biz nə edirik? Musiqiyə, idmana diqqət yetiririk, amma elmi və alimləri demək olar ki, unuduruq.

Nəticəsi nə olur? Gerilik və tərəqqisizlik... Bir daha deyirəm ki, heç mən də “Ya bu, ya da o!” kateqoriyaları ilə düşünən adam deyiləm və heç də fikirləşmirəm ki, idmanı tamam unutmaq lazımdır. Təbii ki, belə olmaz, çünki hər birimiz həm də hansısa idman növünün azarkeşiyik.

Gəl, ölkəni idman yox, birinci növbədə məhz elm və ya mədəniyyət inkişaf etdirir və tanıdır. İdman bütün hallarda əyləncədir. Dar məqama qalsa, onsuz da keçinmək olar. Amma elm və mədəniyyət belə deyil, onlar ölkənin inkişafı deməkdir.

Təəssüf ki, təkcə biz yox, bütün islam ölkələri elm sarıdan axsayırlar. Sanki könüllü olaraq elmi Qərb dünyasına güzəşt etmişik. Nəticədə də Qərb durmadan inkişaf edir, İslam dünyası isə yerində sayır...

NOOOLSUN?

Sonda bir detalı da deyim ki, insan öz təkamülü boyunca digər canlılardan fiziki göstəricilərilə seçilmədi, fiziki göstəricilərinin hesabına təbiətin şahına çevrilmədi. İnsanı insan edən onun ağlı, təfəkkürü və beyni oldu...

Həmin personajın yerində olmaq istəməsəm də mən də özümü saxlaya bilmirəm, yarışlara baxır və qeyri-ixtiyari “Nooolsun?” deyirəm...

Bir məzəli tamaşada personajlardan biri qəzetdəki başlıqları oxuyur və hamısını da bir “Nooolsun?” sualı ilə müşayiət edirdi.

Həmin personajın yerində olmaq istəməsəm də mən də özümü saxlaya bilmirəm, yarışlara baxır və qeyri-ixtiyari “Nooolsun?” deyirəm...

Bəli, baxıb görürəm ki, gənc bir qız minlərlə kişinin öhdəsindən gələ bilməyəcəyi ağırlığı qaldırır! Bəli, zahirən effektlidir. Gəl, ixtiyarsız olaraq dodaqlarımdan yenə də “Nooolsun?” sualı qopur.

Sağlamlıqdırmı bu? Yox, hamı bilir ki, böyük və peşəkar idman heç də sağlamlıq deyil. Onda bəs nədir? Bundan cəmiyyətə və ölkəyə böyük hesabla başqa nə xeyir var? Bəli, ölkənin adıdır, onun bayrağı yüksəlir, himni çalınır! Amma inanın, elmin ölkənin bayrağını ucaltdığı yüksəkliyə heç nə çata bilməz.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG